DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Osloda 2023-cü il üçün Nobel Sülh Mükafatı təqdim edilib

© Niklas Halle'n / Pool via APNobel mükafatı, arxiv
Nobel mükafatı, arxiv - Sputnik Azərbaycan, 1920, 10.12.2023
Abunə olmaq
Norveç Nobel Komitəsinin sədri vurğulayıb ki, builki Sülh Mükafatı qeyri-zorakı azadlıq mübarizlərini təltif edən Nobel Sülh Mükafatlarının uzun müddətli ənənəsinin davamıdır.
BAKI, 10 dekabr - Sputnik. 2023-cü il üçün Nobel Sülh Mükafatı bazar günü Osloda təqdim olunub. TASS xəbər verir ki, mərasimdə ənənəyə uyğun olaraq Norveç kral ailəsinin və ölkə hökumətinin üzvləri iştirak edib.
Mavi, ağ və bənövşəyi çiçəklərlə bəzədilmiş səhnədə Norveç Nobel Komitəsinin sədri Berit Rayss-Andersen mükafatın təsisçisi Alfred Nobelin portreti ilə qızıl medalı həbsdə olan iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədininin 17 yaşlı uşaqları ƏliKiana Rəhmani adlı əkizlərinə təqdim edib.
Laureat bu yüksək mükafata “qadınların zülmünə qarşı mübarizəsinə”, eləcə də “hamı üçün insan hüquq və azadlıqlarının təşviqi uğrunda mübarizəsinə” görə layiq görülüb.
Rayss-Andersen hesab edir ki, mükafatı verməklə komitə İranda ayrı-seçkiliyə son qoymaq üçün mübarizə aparan bütün qadınları mükafatlandırıb.

"Builki Sülh Mükafatı İranda və dünyanın müxtəlif yerlərində əsas insan haqları, ayrı-seçkilik və seqreqasiyaya son qoymaq üçün mübarizə aparan bütün cəsur qadınları təltif edir", - deyə komityə sədri bildirib.

Rayssın sözlərinə görə, Məhəmmədi öz işi ilə İranda və bütün dünyada xalqlar arasında qardaşlığın inkişafına töhfə verdi və bununla da Alfred Nobelin vəsiyyətinin şərtlərini yerinə yetirib:

"Builki Sülh Mükafatı, Martin Lüter Kinq də daxil olmaqla, qeyri-zorakı azadlıq mübarizlərini təltif edən Nobel Sülh Mükafatlarının uzun müddətli ənənəsinin bir hissəsidir."

Onun sözlərinə görə, İranda qadınlar 30 ildən artıqdır ki, seqreqasiyaya qarşı mübarizə aparırlar.
"Sonda onların daha parlaq gələcək arzuları zəfər çalacaq", - deyə Rayss-Andersen əlavə edib.
Xatırladaq ki, məşhur isveçli kimyaçı Alfred Nobelin son vəsiyyətinə görə, Sülh Mükafatı onun adını daşıyan digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda təqdim olunur.
Vəsiyyətnaməsində alimin özü də bunu təkid edərək, mükafatın verilməsi ilə bağlı qərarları Norveç parlamenti tərəfindən təyin olunan beş nəfərdən ibarət komitənin qəbul etməli olduğunu qeyd edib.
Ənənəvi olaraq onun tərkibinə ölkənin tanınmış siyasətçiləri və keçmiş partiya sədrləri daxil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0