Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü - Sputnik Azərbaycan, 1920, 10.12.2023
Abunə olmaq
Dövlət başçıları Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayıblar.
BAKI, 10 dekabr - Sputnik. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə Azərtac məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırıblar.
Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edilib.
Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev mərasimdə - Sputnik Azərbaycan, 1920, 10.12.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan etibarlı tərəfdaşdır və dostluq ənənələrinə həmişə sadiqdir - Prezident
Xəbər lenti
0