https://sputnik.az/20231210/hansi-bakteriyalarin-depressiyaya-qarsi-mubarize-apardigi-melum-olub-461075887.html
Hansı bakteriyaların depressiyaya qarşı mübarizə apardığı məlum olub
Hansı bakteriyaların depressiyaya qarşı mübarizə apardığı məlum olub
Sputnik Azərbaycan
Mütəxəssislər yoqurtun tərkibindəki bakteriyaların psixi sağlamlıq üçün faydalı olduğunu bildirirlər. 10.12.2023, Sputnik Azərbaycan
2023-12-10T22:11+0400
2023-12-10T22:11+0400
2023-12-10T22:11+0400
bakteriya
dünya xəbərləri
fayda
laboratoriya
https://cdnn1.img.sputnik.az/img/42358/01/423580149_0:277:2100:1458_1920x0_80_0_0_dce7aee32d0be00a0792d6ca82d8a63a.jpg
BAKI, 10 dekabr — Sputnik. Virciniya Universitetinin (ABŞ) tibb fakültəsinin tədqiqatçıları fermentasiya edilmiş qidalarda və yoqurtda olan laktobakteriyaların orqanizmin streslə mübarizə aparmasına və depressiyanın qarşısını almasına kömək etdiyini aşkar ediblər. Nəticələr "Brain Behavior and İmmunity" (BBI) jurnalında dərc edilib. İnsan bağırsağının mikrobiomu mikroorqanizmlərin (bakteriyalar və göbələklərin) unikal toplusudur. Alimlər izah ediblər ki, onların sayı və bir-biri ilə qarşılıqlı əlaqəsi immunitet sisteminə və psixi sağlamlığa təsir göstərir.Məlumdur ki, səhv qidalanma və ya digər səbəblərdən yaranan bağırsaq disbakteriozu depressiya, narahatlıq və xərçəng də daxil olmaqla bir çox xəstəliyin inkişafına səbəb olur. Tədqiqat qrupu bağırsağın normal mikroflorasının bir hissəsi olan, fermentasiya edilmiş (turşu kələm) və süd məhsulları (yoqurt) qidalarında olan laktobakteriyalara (probiotik bakteriyaların bir növü) diqqət yetirib. Bunun üçün onlar laboratoriya siçanlarının iştirakı ilə təcrübə aparıblar. Alimlər birinci qrup gəmiricilərin mikrobiomundan laktobakteriyaları xaric ediblər. Alimlər aşkar ediblər ki, "Lactobacillacea" fəsiləsindən olan laktobakteriyaların əhval- ruhiyyəni və orqanizmin stressə reaksiyasını tənzimləyən interferon qamma adlı immun vasitəçinin normal səviyyəsini qoruyub saxlamaqdan məsuldur. Onların orqanizmdə olması narahatlıq və depressiya inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi psixi pozğunluqların qarşısının alınması və onun müalicəsinin yeni üsullarının inkişafına kömək olacaq. Məsələn, depressiyadan əziyyət çəkən xəstələr üçün (və ya risk altında olan) faydalı laktobakteriyaların səviyyəsini optimallaşdıran xüsusi probiotik əlavələr yaratmaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42358/01/423580149_0:80:2100:1655_1920x0_80_0_0_7ec5927731b663fbadb2a3d0f698b3bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakteriya, fayda, laboratoriya
bakteriya, fayda, laboratoriya
Hansı bakteriyaların depressiyaya qarşı mübarizə apardığı məlum olub
Mütəxəssislər yoqurtun tərkibindəki bakteriyaların psixi sağlamlıq üçün faydalı olduğunu bildirirlər.
BAKI, 10 dekabr — Sputnik. Virciniya Universitetinin (ABŞ) tibb fakültəsinin tədqiqatçıları fermentasiya edilmiş qidalarda və yoqurtda olan laktobakteriyaların orqanizmin streslə mübarizə aparmasına və depressiyanın qarşısını almasına kömək etdiyini aşkar ediblər. Nəticələr "Brain Behavior and İmmunity" (BBI) jurnalında dərc edilib.
İnsan bağırsağının mikrobiomu mikroorqanizmlərin (bakteriyalar və göbələklərin) unikal toplusudur. Alimlər izah ediblər ki, onların sayı və bir-biri ilə qarşılıqlı əlaqəsi immunitet sisteminə və psixi sağlamlığa təsir göstərir.
Məlumdur ki, səhv qidalanma və ya digər səbəblərdən yaranan bağırsaq disbakteriozu depressiya, narahatlıq və xərçəng də daxil olmaqla bir çox xəstəliyin inkişafına səbəb olur.
Tədqiqat qrupu bağırsağın normal mikroflorasının bir hissəsi olan, fermentasiya edilmiş (turşu kələm) və süd məhsulları (yoqurt) qidalarında olan laktobakteriyalara (probiotik bakteriyaların bir növü) diqqət yetirib. Bunun üçün onlar laboratoriya siçanlarının iştirakı ilə təcrübə aparıblar. Alimlər birinci qrup gəmiricilərin mikrobiomundan laktobakteriyaları xaric ediblər.
Alimlər aşkar ediblər ki, "Lactobacillacea" fəsiləsindən olan laktobakteriyaların əhval- ruhiyyəni və orqanizmin stressə reaksiyasını tənzimləyən interferon qamma adlı immun vasitəçinin normal səviyyəsini qoruyub saxlamaqdan məsuldur. Onların orqanizmdə olması narahatlıq və depressiya inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir.
Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi psixi pozğunluqların qarşısının alınması və onun müalicəsinin yeni üsullarının inkişafına kömək olacaq. Məsələn, depressiyadan əziyyət çəkən xəstələr üçün (və ya risk altında olan) faydalı laktobakteriyaların səviyyəsini optimallaşdıran xüsusi probiotik əlavələr yaratmaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.