https://sputnik.az/20231210/boyuk-cin-seddini-mamir-ve-bakteriyalar-qoruyurmus-461198185.html
Böyük Çin səddini mamır və bakteriyalar qoruyurmuş
Böyük Çin səddini mamır və bakteriyalar qoruyurmuş
Sputnik Azərbaycan
Bu ərazilərin sonrakı təhlili göstərdi ki, bu mikrob və mamır qabıqları divarın mexaniki dayanıqlığını artırır və onun müxtəlif eroziya formalarının təsiri... 10.12.2023, Sputnik Azərbaycan
2023-12-10T08:04+0400
2023-12-10T08:04+0400
2023-12-10T16:09+0400
çin
elm
yunesco
dünyanın yeddi möcüzəsi
bakteriya
https://cdnn1.img.sputnik.az/img/41529/63/415296348_0:314:2523:1733_1920x0_80_0_0_724a127b7dc17066387b2f83830593c1.jpg
BAKI, 10 dekabr - Sputnik. Çinli restavratorlar və bioloqlar Böyük Çin Səddinin əksər hissəsinin səthində mövcud olan mamır və bakteriyaların böyüməsinin onu su, külək və müxtəlif təbii elementlərin eroziyasından qoruduğunu aşkar ediblər.Alimlərin bu kəşfi “Science Advances” jurnalındakı məqalədə dərc olunub."Biz kəşf etdik ki, siyanobakteriyalar və mamırlar tədqiq etdiyimiz Böyük Divarın bölmələrinin, təxminən 67%-ni əhatə edir. Bu ərazilərin sonrakı təhlili göstərdi ki, həmin mikrob və mamır qabıqları divarın mexaniki dayanıqlığını artırır və onun müxtəlif eroziya formalarının təsiri altında məhv olması sürətini azaldır” - tədqiqatçılar fikirlərini bildiriblər.Çin Kənd Təsərrüfatı Universitetinin (Pekin) professoru Syao Bo başda olmaqla bir qrup bərpaçı və bioloq Böyük Çin Səddinin Çin Xalq Respublikasının dörd bölgəsində - Şansi və Şensi əyalətləri, həmçinin Daxili Monqolustan və Ningxia Hui muxtar bölgəsinin ərazisində yerləşən 600 kilometrlik hissəsinin vəziyyətini öyrənərkən bu qənaətə gəliblər.Alimlər Çinin şimalındakı bu bölgənin səkkiz fərqli yerindən divar materialı nümunələri toplayaraq onların xüsusiyyətlərini öyrəniblər. Bunun üçün alimlər yer üzündə ən böyük hərbi istehkamının divarlarını təşkil edən sıxılmış torpağın məsaməliliyini ölçüblər, həmçinin bu materialın nümunələrinin mexaniki gərginliyə nə qədər müqavimət göstərdiyini ölçərək suyun bu nümunələrə təsirini izləyiblər.Tədqiqatçılar bu ölçmələri müxtəlif divar bölgələri arasındakı bu göstəriciləri müqayisə etdikdə, həmin bölgələrin mamır və müxtəlif bakteriyaların böyüməsi nəticəsində örtülməsinin onlara qeyri-adi dərəcədə güclü təsir etdiyini görüblər. Əgər istehkamlarda belə biomateriallar mövcud olsaydı, divarların mamır və mikroblardan təmizlənmiş hissələrinə nisbətən onlar daha dayanıqlı və sıxılmaya və müxtəlif su yaxud külək eroziyasına daha yaxşı müqavimət göstərərdilər.Bununla belə, elm adamları yağıntılar çox aşağı səviyyədə olarsa, qoruyucu təsirin itdiyini kəşf ediblər. Bu, Çinin ən çox səhralıq bölgələrində yerləşən bir çox istehkamın niyə artıq dağıldığını, divarın digər hissələrinin isə bu günə qədər “sağ qaldığını” izah edir.Böyük Çin səddi haqqındaDünyanın Yeddi Möcüzəsindən biri sayılan Böyük Çin Səddi eramızdan əvvəl III əsrlə Min sülaləsinin hökmranlıq etdiyi dövr arasında tikilib. Onun uzunluğu, təxminən 21 min km-dir. Divar Çinin şimal-şərqindəki Lyaonin əyalətindən Çinin şimal-qərbindəki Qansu əyalətinə qədər uzanır. 1987-ci ildə bəşər tarixinin bu ən böyük memarlıq abidəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41529/63/415296348_0:78:2523:1970_1920x0_80_0_0_38b880d8557520024d5169c00154ac89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, yunesco, dünyanın yeddi möcüzəsi, bakteriya
çin, yunesco, dünyanın yeddi möcüzəsi, bakteriya
Böyük Çin səddini mamır və bakteriyalar qoruyurmuş
08:04 10.12.2023 (Yenilənib: 16:09 10.12.2023) Bu ərazilərin sonrakı təhlili göstərdi ki, bu mikrob və mamır qabıqları divarın mexaniki dayanıqlığını artırır və onun müxtəlif eroziya formalarının təsiri altında məhv olması sürətini azaldır.
BAKI, 10 dekabr - Sputnik. Çinli restavratorlar və bioloqlar Böyük Çin Səddinin əksər hissəsinin səthində mövcud olan mamır və bakteriyaların böyüməsinin onu su, külək və müxtəlif təbii elementlərin eroziyasından qoruduğunu aşkar ediblər.
Alimlərin bu kəşfi “Science Advances” jurnalındakı məqalədə dərc olunub.
"Biz kəşf etdik ki, siyanobakteriyalar və mamırlar tədqiq etdiyimiz Böyük Divarın bölmələrinin, təxminən 67%-ni əhatə edir. Bu ərazilərin sonrakı təhlili göstərdi ki, həmin mikrob və mamır qabıqları divarın mexaniki dayanıqlığını artırır və onun müxtəlif eroziya formalarının təsiri altında məhv olması sürətini azaldır” - tədqiqatçılar fikirlərini bildiriblər.
Çin Kənd Təsərrüfatı Universitetinin (Pekin) professoru Syao Bo başda olmaqla bir qrup bərpaçı və bioloq Böyük Çin Səddinin Çin Xalq Respublikasının dörd bölgəsində - Şansi və Şensi əyalətləri, həmçinin Daxili Monqolustan və Ningxia Hui muxtar bölgəsinin ərazisində yerləşən 600 kilometrlik hissəsinin vəziyyətini öyrənərkən bu qənaətə gəliblər.
Alimlər Çinin şimalındakı bu bölgənin səkkiz fərqli yerindən divar materialı nümunələri toplayaraq onların xüsusiyyətlərini öyrəniblər. Bunun üçün alimlər yer üzündə ən böyük hərbi istehkamının divarlarını təşkil edən sıxılmış torpağın məsaməliliyini ölçüblər, həmçinin bu materialın nümunələrinin mexaniki gərginliyə nə qədər müqavimət göstərdiyini ölçərək suyun bu nümunələrə təsirini izləyiblər.
Tədqiqatçılar bu ölçmələri müxtəlif divar bölgələri arasındakı bu göstəriciləri müqayisə etdikdə, həmin bölgələrin mamır və müxtəlif bakteriyaların böyüməsi nəticəsində örtülməsinin onlara qeyri-adi dərəcədə güclü təsir etdiyini görüblər. Əgər istehkamlarda belə biomateriallar mövcud olsaydı, divarların mamır və mikroblardan təmizlənmiş hissələrinə nisbətən onlar daha dayanıqlı və sıxılmaya və müxtəlif su yaxud külək eroziyasına daha yaxşı müqavimət göstərərdilər.
Bununla belə, elm adamları yağıntılar çox aşağı səviyyədə olarsa, qoruyucu təsirin itdiyini kəşf ediblər. Bu, Çinin ən çox səhralıq bölgələrində yerləşən bir çox istehkamın niyə artıq dağıldığını, divarın digər hissələrinin isə bu günə qədər “sağ qaldığını” izah edir.
Dünyanın Yeddi Möcüzəsindən biri sayılan Böyük Çin Səddi eramızdan əvvəl III əsrlə Min sülaləsinin hökmranlıq etdiyi dövr arasında tikilib. Onun uzunluğu, təxminən 21 min km-dir.
Divar Çinin şimal-şərqindəki Lyaonin əyalətindən Çinin şimal-qərbindəki Qansu əyalətinə qədər uzanır. 1987-ci ildə bəşər tarixinin bu ən böyük memarlıq abidəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.