Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın top-5 ən bahalı futbolçuları kimlərdir?

Abunə olmaq
Milli komandanın ən bahalı oyunçuları arasında hücumçular da var. Daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin yekunlarına görə, futbol üzrə Azərbaycan milli komandasına transfer dəyəri bir milyon avro və daha çox olan beş futbolçu daxil edilib.
Milli komandanın ən bahalı oyunçusu Türkiyənin “Hatayspor” klubunun hücumçusu Renat Dadaşov olub. “Transfermarkt” portalının məlumatına görə, onun müqaviləsi 1,6 milyon avro (3 milyon manat) qiymətləndirilir.
Azərbaycan yığmasının ən bahalı oyunçuları siyahısında həmçinin 2023-cü ilin yekunlarına görə transfer dəyəri bir milyon avro və daha çox olan hücumçu futbolçular - komandanın kapitanı Emin Mahmudov, Ramil Şeydayev, Mahir ƏmrəliMusa Qurbanlı da yer alıb.
Ümumilikdə milli komandanın bütün oyunçularının ümumi dəyəri 14,8 milyon avro (27,6 milyon manat) təşkil edir.
Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi yeddi xal toplayaraq F qrupunda dördüncü yeri tutub. Seçmə nəticələrinə əsasən, AFFA italiyalı baş məşqçi Canni De Byazi ilə müqaviləni yeniləməyib. Yeni komanda rəhbəri 2024-cü ilin mart ayına qədər elan ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0