https://sputnik.az/20231210/alimler-tenhaligin-faydalarindan-danisiblar-461130679.html
Alimlər tənhalığın faydalarından danışıblar
Alimlər tənhalığın faydalarından danışıblar
Sputnik Azərbaycan
Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil. 10.12.2023, Sputnik Azərbaycan
2023-12-10T18:28+0400
2023-12-10T18:28+0400
2023-12-10T18:28+0400
tənha
cəmiyyət
stress
psixi problem
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426107564_0:0:3071:1728_1920x0_80_0_0_4960e3cd7c82e603f71b1ba66fa595cc.jpg
BAKI, 10 dekabr — Sputnik. Redinq Universitetinin (Böyük Britaniya) tədqiqatçıları müəyyən ediblər ki, tək başına keçirilən vaxt stressi azaldır. Nəticələr "Scientific Reports" jurnalında dərc olunub. Tədqiqatda 178 nəfər iştirak edib. Üç həftə ərzində onlar tək başına nə qədər vaxt keçirdiklərini qeyd etdikləri gündəliklər yazıblar.Yalnızlıq digər insanlarla üz-üzə və ya onlayn ünsiyyətin olmaması deməkdir. Təcrübənin birinci mərhələsinin sonunda tədqiqatın təşkilatçıları iştirakçılardan üç suala cavab vermələrini xahiş ediblər: onlar özlərini müəyyən bir şəkildə aparmalı olduqda (cəmiyyətdə olarkən) diskomfort hiss edirdilərmi? Tənha olduqda özlərini nə qədər azad hiss edirdilər? İxtiyarlarında olan gün boyu baş verənləri təkbaşına idarə etdiklərini hiss edirdilərmi? Nəticələr göstərib ki, müntəzəm olaraq tək vaxt keçirən insanlar birinci və üçüncü suallara daha çox müsbət cavab veriblər və həmçinin stress səviyyələrinin aşağı olduğunu bildiriblər.Tədqiqatın müəllifləri, insanların tək olduqları zaman daha rahat olduğu fikrini irəli sürüblər, çünki sosial qarşılıqlı əlaqə zamanı olduğu kimi, zehni səy göstərmələri tələb olunmur. ÜST tənhalığı bütün dünyada sağlamlıq üçün təhlükə adlandırıb Buna baxmayaraq, üzərilərində sınaq keçirilənlərin bəziləri tək-tənha şəraitdə ilə çox vaxt keçirmək məcburiyyətində qaldıqda, emosional tükənmə və cansıxıcılıq hiss ediblər.Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil. Başqa sözlə desək, tənhalıq o zaman psixi sağlamlıq üçün faydalıdır ki, insan şüurlu şəkildə buna can atsın.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426107564_180:0:2909:2047_1920x0_80_0_0_44f3d8756918404b308d199fc80a015d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tənha, stress, psixi problem
tənha, stress, psixi problem
Alimlər tənhalığın faydalarından danışıblar
Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil.
BAKI, 10 dekabr — Sputnik. Redinq Universitetinin (Böyük Britaniya) tədqiqatçıları müəyyən ediblər ki, tək başına keçirilən vaxt stressi azaldır. Nəticələr "Scientific Reports" jurnalında dərc olunub.
Tədqiqatda 178 nəfər iştirak edib. Üç həftə ərzində onlar tək başına nə qədər vaxt keçirdiklərini qeyd etdikləri gündəliklər yazıblar.
Yalnızlıq digər insanlarla üz-üzə və ya onlayn ünsiyyətin olmaması deməkdir. Təcrübənin birinci mərhələsinin sonunda tədqiqatın təşkilatçıları iştirakçılardan üç suala cavab vermələrini xahiş ediblər: onlar özlərini müəyyən bir şəkildə aparmalı olduqda (cəmiyyətdə olarkən) diskomfort hiss edirdilərmi? Tənha olduqda özlərini nə qədər azad hiss edirdilər? İxtiyarlarında olan gün boyu baş verənləri təkbaşına idarə etdiklərini hiss edirdilərmi?
Nəticələr göstərib ki, müntəzəm olaraq tək vaxt keçirən insanlar birinci və üçüncü suallara daha çox müsbət cavab veriblər və həmçinin stress səviyyələrinin aşağı olduğunu bildiriblər.
Tədqiqatın müəllifləri, insanların tək olduqları zaman daha rahat olduğu fikrini irəli sürüblər, çünki sosial qarşılıqlı əlaqə zamanı olduğu kimi, zehni səy göstərmələri tələb olunmur.
ÜST tənhalığı bütün dünyada sağlamlıq üçün təhlükə adlandırıb
Buna baxmayaraq, üzərilərində sınaq keçirilənlərin bəziləri tək-tənha şəraitdə ilə çox vaxt keçirmək məcburiyyətində qaldıqda, emosional tükənmə və cansıxıcılıq hiss ediblər.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil. Başqa sözlə desək, tənhalıq o zaman psixi sağlamlıq üçün faydalıdır ki, insan şüurlu şəkildə buna can atsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.