CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələdən sonra fərdi evlər bahalaşacaq? Mənzil bazarında son durum

© Sputnik / Irade JELILQobu-Bozdağ vulkanı
Qobu-Bozdağ vulkanı  - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Riyeltor Şahmar Seyidov bildirib ki, hər dəfə zəlzələdən sonra, cüzi də olsa, fərdi evlərə təlabat artır.
BAKI, 9 dekabr — Sputnik. "Dünənki zəlzələ dağıdıcı olmadığından əmlak bazarında canlanma yaratmayıb. Bununla belə hər zəlzələdən sonra bina evlərinə olan maraq qismən də olsa azalır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. Mütəxəssis deyib ki, zəlzələ çoxmənzilli binalarda yaşayan insanlar üçün narahatlıq yaratsa da, həyət evləri azgəlirli olduğundan, sakinlər çoxmərtəbəli binalardakı mənzillərini həyət evlərinə dəyişmək istəmirlər.
© Sputnik / Murad OrujovElnur Fərzəliyev, arxiv
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев - Sputnik Azərbaycan, 1920, 08.12.2023
Elnur Fərzəliyev, arxiv

"Həyət evlərinə ən böyük təlabat pandemiya dövründə yaranmışdı. Amma son illər paytaxtda köhnə binaların söküntüsü də Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən həyət evlərinə təlabatı artırıb. Bununla belə, həyət evlərinin çoxunun sənədsiz olması risk yaratdığından, insanlar fərdi yaşayış evi almağa ehtiyat edir. Həmçinin bina evləri gəlirlilik baxımından da daha sərfəlidir. Binadan alınan əmlakın icarəyə verilməsi daha rahat və gəlirlidir. Eyni zamanda bina evləri ipotekaya yararlı olduğundan qiyməti bahalaşır. Bu baxımdan insanlar daha çox bina evi almağa üstünlük verirlər", - deyə ekspert bildirib.

E.Fərzəliyev həmçinin qeyd edib ki, fərdi yaşayış evlərini daha çox ikinci və üçüncü əmlakı olanlar alır. Onun sözlərinə görə, son aylar fərdi evlərin qiymətində bahalaşma müşahidə olunur. Buna səbəb fərdi evlərin tikintisinə, sayğac quraşdırılmasına qoyulan tələblərin sərtləşdirilməsidir.
"Baku Realtor" daşınmaz əmlak agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, daşınmaz əmlak bazarında hazırda durğunluq müşahidə olunur. Nə bina evini satan var, nədə ki, fərdi ev alan. Agentlikdən bunu gələn ildən evlərin qiymətində bahalaşma təhlükəsinin olması ilə əlaqələndirdilər.
Digər riyeltorlar da zəlzələdən sonra müraciətlərdə kəskin artım olmadığını bildirdilər.
Riyeltor Şahmar Seyidov isə Sputnik Azərbaycan-a bildirib ki, hər dəfə zəlzələdən sonra, cüzi də olsa, fərdi evlərə təlabat artır. Onun sözlərinə görə, son iki gün ərzində üç müştəri fərdi evlərlə bağlı ona müraciət edib.

"Fərdi ev istəyənlərin əsas tələbi odur ki, evin "kupça"sı (özəlləşdirmə barədə sənəd - red.) olsun. Təəssüf ki, Bakı ətrafında belə həyət evlərinin sayı azdır. Satışda həyət evləri olsa da, çoxunun sənədi yoxdur", - deyə relitor bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Masazırda fərdi həyət evləri - Sputnik Azərbaycan, 1920, 27.11.2023
CƏMİYYƏT
Daşınmaz əmlak bazarında bahalaşma gözlənilir - Video+Foto
Xəbər lenti
0