https://sputnik.az/20231209/yaxsiliq-bumeranqi-eminin-mohtesem-baki-konsertinde-ne-bas-verib-fotolar-461194920.html
"Yaxşılıq bumeranqı": Eminin möhtəşəm Bakı konsertində nə baş verib? FOTOLAR
"Yaxşılıq bumeranqı": Eminin möhtəşəm Bakı konsertində nə baş verib? FOTOLAR
Sputnik Azərbaycan
Emin Ağalarov Sevil Əliyevanın repertuarından mahnı oxuyub və həmin vaxt zalda olan bəstəkara xüsusi təşəkkür edib. Oğulları isə atalarını çiçək yağışına... 09.12.2023, Sputnik Azərbaycan
2023-12-09T18:32+0400
2023-12-09T18:32+0400
2023-12-09T18:32+0400
mədəniyyət
emin ağalarov
xalq artisti emin ağalarov
sevil əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/09/461188403_0:0:1024:577_1920x0_80_0_0_f1c5c291d76d2012cf959d504d85c2f6.jpg
BAKI, 9 dekabr - Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov 44 illik yubileyi ərəfəsində Bakıda Heydər Əliyev Sarayının səhnəsində ənənəvi qış konsertini verib.Konsertin bir hissəsi olaraq, EMİN-in fan-klubunun təşəbbüsü ilə sənətçinin özü və komandası tərəfindən fəal dəstəklənən məşhur xeyriyyə layihəsi - “Yaxşılıq Bumeranqı” da start götürüb.Heydər Əliyev Sarayının foyesində pərəstişkarlar fərdi suvenirlər əldə edə biliblər. Onların satışından, eləcə də konsert biletlərindən əldə edilən bütün vəsaitlər ciddi bir genetik xəstəliklə mübarizə aparan körpə Cəhrami Fatehin ailəsinə veriləcək.Tamaşaçılar sevimli sənətkarı gurultulu alqışlarla qarşılayıblar. O isə pərəstişkarlarına dərin minnətdarlığını bildirib:Sənətçi konsert günü işıq üzü görən yeni rusdilli “44” albomundan, həmçinin 9 fevralda işıq üzü görəcək ingilisdilli “Now Or Never” albomundan mahnılar ifa edərək pərəstişkarları üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. O, konsertini Still, Good Love, “Sbejim v Baku” (“Bakıya qaçaq”) və digər sevimli hitləri ilə rövnəqləndirib.Albomun yarısı solo və yeni mahnılardan, ikinci hissə son bir neçə ilin ən hit mahnılarından ibarət romantik və ruhlu duetlərdən ibarətdir- Coniilə "Kamina"dan tutmuş əfsanəvi Nani Breqvadze ilə gürcü xalq balladasına və solo sinqllara, “MMM” hitindən tutmuş yeni şərq mahnısı “Skazka na noç”a (“Gecə nağılı”) qədər. Trek siyahısına məşhur rus müğənniləri Jasmin və Alsu ilə duetlər də daxildir.Eminin heç bir çıxışı əfsanəvi Müslüm Maqomayevin repertuarından mahnılar olmadan keçmir. Və bu dəfə o, təkcə “Mavi əbədiyyət” kompozisiyasını deyil, həm də ilk dəfə oxuduğu “Ümidin on iki ayı”nı da ifa etdi. Mahnının müəllifi bəstəkar Sevil Əliyevadır.Sovet dövründə "Ümidin on iki ayı" kompozisiyası əsl super hit idi. Emin ona ikinci həyat verə bildi. Tamaşa inanılmaz dərəcədə həssas və gözəl oldu. Sənətçi vaxtilə Müslüm Maqomayev üçün yazdığı bu bəstəyə görə Sevil Əliyevanın şəxsən ona xeyir-dua verməsi hekayəsini ictimaiyyətlə bölüşüb və buna görə ona ürəkdən təşəkkür edib. Qeyd edək ki, bəstəkar özü də həmin vaxt zalda olub.Mahnı bitdikdən sonra tamaşaçılar ayağa qalxaraq müğənniyə təşəkkürlərini bildiriblər və əfsanəvi azərbaycanlının xatirəsini ehtiramla yad ediblər.Bütün konsert boyu Ağalarov hər qonağa diqqət yetirir, selfi çəkdirir, tamaşaçılarla ünsiyyətdə olurdu. Gecənin təsirli məqamlarından biri də ifaçının övladlarının səhnəyə çıxması olub. Onlar daha bir anşlaqla başa çatan konsertdə atalarını gül dəstələri ilə təbrik ediblər.Emin çıxışının sonunda bir daha izləyicilərə sevgilərinə görə təşəkkür edib, bunun qarşılıqlı olduğunu qeyd edib. O, gələn il də tamaşaçılarını yeni konsertlər və mahnılarla sevindirəcəyinə söz verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/09/461188403_0:0:1024:769_1920x0_80_0_0_794a7c4867edd7f96c5ec4e8cfa595f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
emin ağalarov, xalq artisti emin ağalarov, sevil əliyeva
emin ağalarov, xalq artisti emin ağalarov, sevil əliyeva
"Yaxşılıq bumeranqı": Eminin möhtəşəm Bakı konsertində nə baş verib? FOTOLAR
Emin Ağalarov Sevil Əliyevanın repertuarından mahnı oxuyub və həmin vaxt zalda olan bəstəkara xüsusi təşəkkür edib. Oğulları isə atalarını çiçək yağışına tutublar.
BAKI, 9 dekabr - Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov 44 illik yubileyi ərəfəsində Bakıda Heydər Əliyev Sarayının səhnəsində ənənəvi qış konsertini verib.
Konsertin bir hissəsi olaraq, EMİN-in fan-klubunun təşəbbüsü ilə sənətçinin özü və komandası tərəfindən fəal dəstəklənən məşhur xeyriyyə layihəsi - “Yaxşılıq Bumeranqı” da start götürüb.
Heydər Əliyev Sarayının foyesində pərəstişkarlar fərdi suvenirlər əldə edə biliblər. Onların satışından, eləcə də konsert biletlərindən əldə edilən bütün vəsaitlər ciddi bir genetik xəstəliklə mübarizə aparan körpə Cəhrami Fatehin ailəsinə veriləcək.
Tamaşaçılar sevimli sənətkarı gurultulu alqışlarla qarşılayıblar. O isə pərəstişkarlarına dərin minnətdarlığını bildirib:
"Konsertimə bu qədər insanın gəlməsi məni çox sevindirir. Tamaşaçılarıma sonsuz təşəkkür edirəm. Musiqiçilər və mən müxtəlif şəhərlərə səyahət edirik və son vaxtlar hər yerdə zallar dolu olur. Bu, çox dəyərli və qeyri-adi bir şeydir. Hər birinizə bu gün bizimlə vaxt keçirməyi seçdiyiniz üçün təşəkkür edirik”.
Sənətçi konsert günü işıq üzü görən yeni rusdilli “44” albomundan, həmçinin 9 fevralda işıq üzü görəcək ingilisdilli “Now Or Never” albomundan mahnılar ifa edərək pərəstişkarları üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. O, konsertini Still, Good Love, “Sbejim v Baku” (“Bakıya qaçaq”) və digər sevimli hitləri ilə rövnəqləndirib.
"Bu il mənim 44 yaşım tamam olur, həyatın bu fəslini özüm üçün parlaq bir şeylə - yeni rusdilli albomla qeyd etmək qərarına gəldim. Burada çoxlu duet mahnıları var ki, indiyə qədər heç bir albomda yer almayıb. Tamamilə yeni şeylər var - Saşa (HammAli) ilə möhtəşəm mahnı – “Do tebya” (“Səndən əvvəl”), Leonid Aqutinin isti gitara akkordları ilə “Moy druq” (“Mənim dostum”) mahnısı və əlbəttə ki, Azərbaycanın ən istedadlı ifaçıları Coni, Jah Khalib və HammAli & Navai ilə birgə yaratdıqlarımız” - Emin bildirib.
Albomun yarısı solo və yeni mahnılardan, ikinci hissə son bir neçə ilin ən hit mahnılarından ibarət romantik və ruhlu duetlərdən ibarətdir- Coniilə "Kamina"dan tutmuş əfsanəvi Nani Breqvadze ilə gürcü xalq balladasına və solo sinqllara, “MMM” hitindən tutmuş yeni şərq mahnısı “Skazka na noç”a (“Gecə nağılı”) qədər. Trek siyahısına məşhur rus müğənniləri Jasmin və Alsu ilə duetlər də daxildir.
Eminin heç bir çıxışı əfsanəvi Müslüm Maqomayevin repertuarından mahnılar olmadan keçmir. Və bu dəfə o, təkcə “Mavi əbədiyyət” kompozisiyasını deyil, həm də ilk dəfə oxuduğu “Ümidin on iki ayı”nı da ifa etdi. Mahnının müəllifi bəstəkar Sevil Əliyevadır.
Sovet dövründə "Ümidin on iki ayı" kompozisiyası əsl super hit idi. Emin ona ikinci həyat verə bildi. Tamaşa inanılmaz dərəcədə həssas və gözəl oldu. Sənətçi vaxtilə Müslüm Maqomayev üçün yazdığı bu bəstəyə görə Sevil Əliyevanın şəxsən ona xeyir-dua verməsi hekayəsini ictimaiyyətlə bölüşüb və buna görə ona ürəkdən təşəkkür edib. Qeyd edək ki, bəstəkar özü də həmin vaxt zalda olub.
Mahnı bitdikdən sonra tamaşaçılar ayağa qalxaraq müğənniyə təşəkkürlərini bildiriblər və əfsanəvi azərbaycanlının xatirəsini ehtiramla yad ediblər.
Bütün konsert boyu Ağalarov hər qonağa diqqət yetirir, selfi çəkdirir, tamaşaçılarla ünsiyyətdə olurdu. Gecənin təsirli məqamlarından biri də ifaçının övladlarının səhnəyə çıxması olub. Onlar daha bir anşlaqla başa çatan konsertdə atalarını gül dəstələri ilə təbrik ediblər.
Emin çıxışının sonunda bir daha izləyicilərə sevgilərinə görə təşəkkür edib, bunun qarşılıqlı olduğunu qeyd edib. O, gələn il də tamaşaçılarını yeni konsertlər və mahnılarla sevindirəcəyinə söz verib.