CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan toyunda mahnı üstə dava salan şəxsə məhkəmə hökm oxudu - 2 il 3 ay

© AP Photo / Ng Han GuanСвадьба
Свадьба - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Əli Qafarov ifadəsində sərxoş olduğundan hadisəni tam olaraq xatırlamadığını, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib.
BAKI, 9 dekabr - Sputnik. Naxçıvan şəhərində toy mərasimində dava salan şəxsə hökm oxunub.
Toyda dava isə 2023-cü ilin 17 iyununda şadlıq saraylarının birində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Əli Qafarov (ad şərtidir) həmin tarixdə şadlıq sarayında qardaşı oğlunun toy şənliyində iştirak edib.
Toyda spirtli içki qəbul edən Əli Qafarov qohumlarının mahnı üstündə mübahisə etdiklərini görüb.
O, bacısı oğlu ilə qardaşı oğlunun mahnı dəyişmək üstündə yaranan mübahisələrinin davaya keçdiyini görüb. Qohumlarının çölə çıxaraq mübahisəni davam etdirdiklərini görən Əli Qafarov onları sakitləşdirmək istəyib.
Lakin dava böyüyüb və ora digər şəxslər də gəliblər.
Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Fuad Məmmədov (ad şərtidir) bildirib ki, o, hadisə zamanı sakitliyin təmin olunmasını tələb edib.
“Xahiş edirəm, asayişi pozub səs-küy salmayın. Sakit olun və hörmətsizlik etməyin”, - dedim. Lakin Əli Qafarov aqressiv şəkildə reaksiya verdi. Üzərimə gəlib sifət nahiyəmdən bir yumruq zərbəsi vurdu”, - deyə F.Məmmədov ifadəsində göstərib.
O aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlib.
Əli Qafarov ifadəsində qeyd edib ki, sərxoş olduğundan hadisəni tam olaraq xatırlamır. O, baş vermiş hadisəyə görə üzr istədiyini və peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkmiş isə təqsirləndirilən şəxsi bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.
Naxçıvan Şəhər Məhkəməsinin dekabrın 8-də keçirilən iclasında cinayət işi ilə bağlı hökm oxunub.
Hökmə əsasən, Əli Qafarov 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib (oxu.az.
Xəbər lenti
0