https://sputnik.az/20231209/matviyenko-rossiya-seqodnya-media-qrupunu-yubileyi-munasibetile-tebrik-edib-461189502.html
Matviyenko “Rossiya seqodnya” media qrupunu yubileyi münasibətilə təbrik edib
Matviyenko “Rossiya seqodnya” media qrupunu yubileyi münasibətilə təbrik edib
Sputnik Azərbaycan
Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib. 09.12.2023, Sputnik Azərbaycan
2023-12-09T13:00+0400
2023-12-09T13:00+0400
2023-12-09T13:00+0400
valentina matviyenko
rusiya
təbrik
təbrik məktubu
"rossiya segodniya"
"rossiya seqodniya"
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
"rossiya seqodnya" bia
dmitri kiselyov
dmitri kiselyov
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315722_0:0:3000:1688_1920x0_80_0_0_26691a2b23e2af9f334533d07b35f78f.jpg
BAKI, 9 dekabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko “Rossiya seqodnya”nın kollektivini və onun baş direktoru Dmitri Kiselyovu media qrupunun 10 illik yubileyi münasibətilə təbrik edib.“Siz Sovinformbüronun, “Novosti” mətbuat agentliyinin, “Moskva” radiosunun və “Rusiyanın səsi”nin ənənələrini layiqincə davam etdirirsiniz. Siz bunu peşəkarcasına, operativ şəkildə, jurnalist etikasının yüksək qanunlarına ciddi riayət etməklə, müasir texnologiyaların imkanlarından maksimum istifadə etməklə edirsiniz”, - təbrik teleqramında deyilir.Matviyenko vurğulayıb ki, “Rossiya Seqodnya”nın jurnalistləri informasiya cəbhəsində olmaqla “ən mühüm vəzifəni həll edir – ictimai rəyi əks etdirir və formalaşdırır”, “ölkəmiz haqqında həqiqəti, onun dürüst və açıq mövqeyini bütün dünyaya çatdırır, bununla da qarşılıqlı münasibətləri, xalqlar arasında anlaşmanı möhkəmləndirir”.Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib, onun auditoriyası həm ölkəmizdə, həm də xaricdə artır. Sizə və həmkarlarınıza qarşınıza yeni yüksək hədəflər qoymağa davam etməyi arzu edirəm. Əminəm ki, onlar uğurla həyata keçiriləcək”."Rossiya Seqodnya" beynəlxalq media qrupu qeyd olunan rusdilli informasiya resurslarını birləşdirir: РИА Новости, Sputnik radiosu, ПРАЙМ, ИноСМИ, Baltnews, Украина.ru, Социальный Навигатор, KOT və Arctic.ru. Onu xaricdə beynəlxalq xəbər agentliyi və Sputnik radiosu təmsil edir.Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir. “Rossiya Seqodnya” beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə yönəlmiş ən böyük Rusiya informasiya məhsulları istehsalçısıdır.
https://sputnik.az/20231209/putin-rossiya-seqodnyani-10-illiyi-munasibetile-tebrik-edib-461171247.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/57/424315722_244:0:2911:2000_1920x0_80_0_0_a66c07b2e92dcc92382b207b935b3444.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
valentina matviyenko, təbrik, təbrik məktubu, "rossiya segodniya", "rossiya seqodniya", "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia, dmitri kiselyov, dmitri kiselyov
valentina matviyenko, təbrik, təbrik məktubu, "rossiya segodniya", "rossiya seqodniya", "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia, dmitri kiselyov, dmitri kiselyov
Matviyenko “Rossiya seqodnya” media qrupunu yubileyi münasibətilə təbrik edib
Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib.
BAKI, 9 dekabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko “Rossiya seqodnya”nın kollektivini və onun baş direktoru Dmitri Kiselyovu media qrupunun 10 illik yubileyi münasibətilə təbrik edib.
“Siz Sovinformbüronun, “Novosti” mətbuat agentliyinin, “Moskva” radiosunun və “Rusiyanın səsi”nin ənənələrini layiqincə davam etdirirsiniz. Siz bunu peşəkarcasına, operativ şəkildə, jurnalist etikasının yüksək qanunlarına ciddi riayət etməklə, müasir texnologiyaların imkanlarından maksimum istifadə etməklə edirsiniz”, - təbrik teleqramında deyilir.
Matviyenko vurğulayıb ki, “Rossiya Seqodnya”nın jurnalistləri informasiya cəbhəsində olmaqla “ən mühüm vəzifəni həll edir – ictimai rəyi əks etdirir və formalaşdırır”, “ölkəmiz haqqında həqiqəti, onun dürüst və açıq mövqeyini bütün dünyaya çatdırır, bununla da qarşılıqlı münasibətləri, xalqlar arasında anlaşmanı möhkəmləndirir”.
Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib, onun auditoriyası həm ölkəmizdə, həm də xaricdə artır. Sizə və həmkarlarınıza qarşınıza yeni yüksək hədəflər qoymağa davam etməyi arzu edirəm. Əminəm ki, onlar uğurla həyata keçiriləcək”.
"Rossiya Seqodnya" beynəlxalq media qrupu qeyd olunan rusdilli informasiya resurslarını birləşdirir: РИА Новости, Sputnik radiosu, ПРАЙМ, ИноСМИ, Baltnews, Украина.ru, Социальный Навигатор, KOT və Arctic.ru. Onu xaricdə beynəlxalq xəbər agentliyi və Sputnik radiosu təmsil edir.
Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir. “Rossiya Seqodnya” beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə yönəlmiş ən böyük Rusiya informasiya məhsulları istehsalçısıdır.