Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin "Rossiya Seqodnya"nı 10 illiyi münasibətilə təbrik edib

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin, arxiv
 Rusiya Prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Rusiya dövlət başçısı "Rossiya Seqodnya"nı Rusiyanın beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə istiqamətlənmiş ən böyük informasiya məhsulları istehsalçısı adlandırıb.
BAKI, 9 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Rossiya Seqodnya" Beynəlxalq Media Qrupunun kollektivini 10 illik yubileyi münasibətilə təbrik edib.
RF dövlət başçısı "Rossiya Seqodnya"nın ölkədə və dünyada baş verən hadisələri “tez və dəqiq işıqlandıran” istedadlı mütəxəssislərdən ibarət böyük, sıx bağlı komandanı bir araya gətirdiyini qeyd edib.

“Sevindirici haldır ki, siz sələflərinizin - tanınmış jurnalistlərin, müxbirlərin, redaktorların, tərcüməçilərin, publisistlərin yaradıcılıq ənənələrini layiqincə davam etdirirsiniz. Təcrübə və biliklərinizi gənc əməkdaşlarla səxavətlə bölüşün”, - deyə təbrik teleqramında deyilir.

Prezident media qrupunun “işinin keyfiyyətini bundan sonra da yüksək tutacağına, daxili və beynəlxalq informasiya məkanında tanınmış liderlərdən biri kimi mövqeyini qoruyacağına” əminliyini ifadə edib.
© Sputnik / Vladimir Pesnya / Mediabanka keçid"Rossiya Seqodnya"nın Moskvada binası, arxiv
Здание МИА Россия сегодня на Зубовском бульваре в Москве - Sputnik Azərbaycan, 1920, 08.12.2023
"Rossiya Seqodnya"nın Moskvada binası, arxiv
"Rossiya Seqodnya" beynəlxalq media qrupu rusdilli informasiya resurslarını birləşdirir: RİA Novosti, PRIME, InoSMI, Baltnews, Ukraina.ru, Social Navigator, KOT və Arctic.ru.
Ölkə xaricində isə media qrupu "Sputnik" beynəlxalq xəbər agentliyi və radiosu ilə təmsil olunur.
Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir.
"Rossiya Seqodnya" Rusiyanın beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə istiqamətlənmiş ən böyük informasiya məhsulları istehsalçısıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0