Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb

© Sputnik / Murad OrujovПраздник весны Новруз в Баку
Праздник весны Новруз в Баку - Sputnik Azərbaycan, 1920, 09.12.2023
Abunə olmaq
Baş nazir Əli Əsədov 2024-cü ildə Novruz, Ramazan və Qurban bayramlarının keçirilmə vaxtı ilə bağlı qərar imzalayıb.
BAKI, 9 dekabr - Sputnik. Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
Qeyd edək ki, Baş nazirin qərarı ilə Yeni il bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.
Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü isə yanvarın 7-də - bazar günü olacaq.
Семья держит цифры наступающего 2024 года - Sputnik Azərbaycan, 1920, 09.12.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanda Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq? Baş nazir qərar verdi
Xəbər lenti
0