https://sputnik.az/20231209/abseron-yataginda-gelen-il-hasilat-2-defe-artacaq-461168467.html
"Abşeron" yatağında gələn il hasilat 2 dəfə artacaq
"Abşeron" yatağında gələn il hasilat 2 dəfə artacaq
Sputnik Azərbaycan
Gələn il "Abşeron"da 4,05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. 09.12.2023, Sputnik Azərbaycan
2023-12-09T08:37+0400
2023-12-09T08:37+0400
2023-12-09T08:37+0400
"abşeron" yatağı
neft-qaz
qaz
kondensat
yataq
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e4/09/13/424976575_0:70:1341:824_1920x0_80_0_0_ccac76a36acd675e77880609ce0034da.jpg
BAKI, 9 dekabr — Sputnik. Gələn il "Abşeron" qaz-kondensat yatağından 1 473,9 mln. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir. Sənədə əsasən, 2023-cü ildə yataqda 707,55 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir. Bundan başqa, gələn il "Abşeron"da 4,05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Rəydə bildirilir ki, bu il yataqda 2 mln. barel qaz kondensatının hasilatı proqnozlaşdırılır. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib. Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır. Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/13/424976575_74:0:1265:893_1920x0_80_0_0_a8babee38aea48d5f2ac1d7e0bdb847f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"abşeron" yatağı, qaz, kondensat, yataq, şirkət
"abşeron" yatağı, qaz, kondensat, yataq, şirkət
"Abşeron" yatağında gələn il hasilat 2 dəfə artacaq
Gələn il "Abşeron"da 4,05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
BAKI, 9 dekabr — Sputnik. Gələn il "Abşeron" qaz-kondensat yatağından 1 473,9 mln. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir.
Sənədə əsasən, 2023-cü ildə yataqda 707,55 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.
Bundan başqa, gələn il "Abşeron"da 4,05 mln. barel qaz kondensatının hasil olunacağı proqnozlaşdırılır ki, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Rəydə bildirilir ki, bu il yataqda 2 mln. barel qaz kondensatının hasilatı proqnozlaşdırılır.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatın 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.