https://sputnik.az/20231208/spiker-xalqimiz-seckide-oz-mudrik-qerarini-verecek-461161343.html
Spiker: "Xalqımız seçkidə öz müdrik qərarını verəcək"
Spiker: "Xalqımız seçkidə öz müdrik qərarını verəcək"
Sputnik Azərbaycan
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və... 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T11:25+0400
2023-12-08T11:25+0400
2023-12-08T11:25+0400
siyasət
milli məclis
prezident
seçki
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_0:83:1600:983_1920x0_80_0_0_afb3aa21987d9e9d58cf1b984610d1c2.jpg
BAKI, 8 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib. Spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin bu reallıqların təsbiti olduğunu söyləyib. Onun sözlərinə görə, gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək:S.Qafarova bildirib ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir:"Heç nə dəyişməyib. Ancaq bütün bunlar bizi haqq yolundan və başlatdığımız müqəddəs missiyadan çəkindirə bilməz. Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452288140_90:0:1511:1066_1920x0_80_0_0_0e60998eea46841d5268a9c17c4ca0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, prezident, seçki
milli məclis, prezident, seçki
Spiker: "Xalqımız seçkidə öz müdrik qərarını verəcək"
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür.
BAKI, 8 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib.
Spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin bu reallıqların təsbiti olduğunu söyləyib.
Onun sözlərinə görə, gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək:
"Xalqımız da seçkidə öz müdrik qərarını verəcək. 2020-ci ildə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz prezident İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Biz təhlükəsizliyimizi, birlik və həmrəyliyimizi daha da gücləndirməliyik".
S.Qafarova bildirib ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqqsızlıqlarla üz-üzədir:
"Heç nə dəyişməyib. Ancaq bütün bunlar bizi haqq yolundan və başlatdığımız müqəddəs missiyadan çəkindirə bilməz. Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.