https://sputnik.az/20231208/qlobal-istilesme-sebebinden-beseriyyeti-bes-geri-donmez-felaket-gozleyir-461149324.html
Qlobal istiləşmə səbəbindən bəşəriyyəti beş geri dönməz fəlakət gözləyir
Qlobal istiləşmə səbəbindən bəşəriyyəti beş geri dönməz fəlakət gözləyir
Sputnik Azərbaycan
Yer kürəsində qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə Selsi arta bilər. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T00:30+0400
2023-12-08T00:30+0400
2023-12-08T00:30+0400
fəlakət
elm
qlobal istiləşmə
yer kürəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444337934_0:160:3072:1888_1920x0_80_0_0_c389b9a30d3962ba61f8b1ff07104ca5.jpg
BAKI, 8 dekabr — Sputnik. Alimlər hesab edirlər ki, Yer kürəsində qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə Selsi arta bilər. Bu baş verərsə, bəşəriyyətin başına beş iqlim fəlakəti gələcək. "The Guardian" yazıb ki, bunu "Global Tipping Points" layihəsinin alimləri Dubayda Cop28 iqlim sammiti zamanı öz hesabatlarında bildiriblər. Onların sözlərinə görə, fəlakətlərin nəticələri dəhşətli olacaq. Bunların arasında ekosistemlərin çökməsi, müxtəlif ölkələrdə iqtisadi və siyasi böhranlar, əhalinin kütləvi miqrasiyası var. Alimlər xəbərdarlıq ediblər ki, 2030-cu ilə qədər genişmiqyaslı fəlakətlər gözlənilir. Qrenlandiya və Qərbi Antarktidadakı böyük buz təbəqələri istiləşmə səbəbindən məhv olacaqlar. Həmçinin əbədi donun əriməsi və mərcan riflərinin isti sularda yox olması və manqrovların yoxa çıxması baş verəcək. Beşinci fəlakət Şimali Atlantikada təbii hava sirkulyasiyasının pozulması olacaq. 2030-cu ildən sonra vəziyyət ancaq pisləşəcək. Alimlər yaxın onillikdə daha üç təbii fəlakətin baş verəcəyini düşünürlər. Birinci fəlakət ikinciyə gətirib çıxaracaq, sonra isə "domino effekti" meydana çıxacaq. Əvvəllər rus alimləri belə qənaətə gəlmişdilər ki, əbədi don zonasında yaşayan mikroorqanizmlərin yüksək müxtəlifliyi iqlimin qəfil istiləşməsinin qarşısını ala bilər. Bakteriya növləri çox olduqda, onların həyat fəaliyyəti üçün optimal temperaturlar fərqlənir, bu da istixana qazlarının kəskin şəkildə buraxılmayacağı deməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444337934_171:0:2902:2048_1920x0_80_0_0_ecb163593b74cde0ce95721941f1a18e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fəlakət, qlobal istiləşmə, yer kürəsi
fəlakət, qlobal istiləşmə, yer kürəsi
Qlobal istiləşmə səbəbindən bəşəriyyəti beş geri dönməz fəlakət gözləyir
Yer kürəsində qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə Selsi arta bilər.
BAKI, 8 dekabr — Sputnik. Alimlər hesab edirlər ki, Yer kürəsində qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə Selsi arta bilər. Bu baş verərsə, bəşəriyyətin başına beş iqlim fəlakəti gələcək.
"The Guardian" yazıb ki, bunu "Global Tipping Points" layihəsinin alimləri Dubayda Cop28 iqlim sammiti zamanı öz hesabatlarında bildiriblər.
Onların sözlərinə görə, fəlakətlərin nəticələri dəhşətli olacaq. Bunların arasında ekosistemlərin çökməsi, müxtəlif ölkələrdə iqtisadi və siyasi böhranlar, əhalinin kütləvi miqrasiyası var. Alimlər xəbərdarlıq ediblər ki, 2030-cu ilə qədər genişmiqyaslı fəlakətlər gözlənilir.
Qrenlandiya və Qərbi Antarktidadakı böyük buz təbəqələri istiləşmə səbəbindən məhv olacaqlar. Həmçinin əbədi donun əriməsi və mərcan riflərinin isti sularda yox olması və manqrovların yoxa çıxması baş verəcək. Beşinci fəlakət Şimali Atlantikada təbii hava sirkulyasiyasının pozulması olacaq.
2030-cu ildən sonra vəziyyət ancaq pisləşəcək. Alimlər yaxın onillikdə daha üç təbii fəlakətin baş verəcəyini düşünürlər. Birinci fəlakət ikinciyə gətirib çıxaracaq, sonra isə "domino effekti" meydana çıxacaq.
Əvvəllər rus alimləri belə qənaətə gəlmişdilər ki, əbədi don zonasında yaşayan mikroorqanizmlərin yüksək müxtəlifliyi iqlimin qəfil istiləşməsinin qarşısını ala bilər. Bakteriya növləri çox olduqda, onların həyat fəaliyyəti üçün optimal temperaturlar fərqlənir, bu da istixana qazlarının kəskin şəkildə buraxılmayacağı deməkdir.