https://sputnik.az/20231208/pisa-nin-azerbaycanla-bagli-neticeleri-niye-asagi-dusub-461151022.html
PISA-nın Azərbaycanla bağlı nəticələri niyə aşağı düşüb?
PISA-nın Azərbaycanla bağlı nəticələri niyə aşağı düşüb?
Sputnik Azərbaycan
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T09:30+0400
2023-12-08T09:30+0400
2023-12-08T09:30+0400
azərbaycan
təhsil
elm və təhsil nazirliyi
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_0:17:2000:1142_1920x0_80_0_0_a1af1a8e70feafcfca9fb94d683e5d5a.jpg
BAKI, 8 dekabr — Sputnik. Ötən gün 2022-ci il üzrə PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri açıqlanıb. PISA-nın Azərbaycanla bağlı nəticələri sosial platformada geniş müzakirələrə səbəb olub. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan 81 ölkə arasında 56-cı pillədə qərarlaşıb. PİSA testlərində Azərbaycanı təmsil edən Bakı şagirdləri riyaziyyatda 396.88, oxumaqda 365.21, təbiət elmlərində 380.14 bal toplayıb ki, bu da hər üç kateqoriyada orta göstəricidən də aşağıdır. Bakılı şagirdlərin göstəriciləri niyə aşağı düşüb? Təhsil eksperti Elmin Nuri Sputnik Azərbaycan-a bildirib ki, qiymətləndirmə yalnız paytaxtda təhsil alan şagirdlərin göstəricisi əsasındadır. "Bununla belə, o qədər də yaxşı nəticə göstərə bilmədik. Siyahıda yer alan digər ölkələrdəki nəticələr isə ümumilikdə təhsil sistemini əhatə etdiyi üçün, bu, daha real göstəricini üzə çıxarır. Digər məsələ riyaziyyat üzrə göstəricilərin xüsusən aşağı olmasıdır. Qiymətləndirmədə iştirak edən şagirdlərin yalnız 38 faizi 2-ci səviyyə biliyə nail olub. Bu isə ümumi PİSA göstəricisinin orta həddindən (69 faiz) aşağı göstəricidir" - ekspert bildirib. "Ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır" E.Nuri qeyd edib ki, qiymətləndirmədə iştirak edən şagirdlərimizin riyaziyyatdan topladıqları bal 380-dir. Bu isə PİSA 2018-ci il üzrə nəticəsi ilə müqayisədə çox aşağıdır. Onun sözlərinə görə, 2008-ci ildə bu göstərici 420 bal olub. Amma orta bal 485 bal hesab olunur. Ekspert deyir ki, buradan da belə nəticəyə gəlmək olar ki, 2018-ci ildəki nəticələrdən də geri qalırıq: "Hətta PISA-da 2018-ci ildəki riyaziyyat və oxu üzrə göstəricilərimiz indikini üstələyirdi. Oxunun qiymətləndirilməsi meyarı baxımından 2018-ci ilə nisbətən 24 bal itirmişik. Bu meyar üzrə ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır". Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, PISA tədqiqatının nəticələrində diqqəti cəlb edən məqamlar çoxdur. Günahı yenə pandemiyanın üstünə atdılar "İlk maraqlı məqam odur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb. PISA 2022 tədqiqatı üzrə əksər ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. PISA 2022 nəticələrinə görə, əksər ölkələrin geriləməsinin əsas səbəblərindən biri COVID-19 pandemiyasının mənfi təsirləridir. PISA 2018-ci illə müqayisədə əvvəlki dövrdə yüksək nəticələr əldə etmiş inkişaf etmiş ölkələr arasında ən çox geriləmə müşahidə olunan Finlandiya, Hollandiya və Norveç də var" - ekspert bildirib. 25 ölkənin şagirdlərindən daha yüksək bal toplamışıq K.Əsədov bununla belə hesab edir ki, qiymətləndirmə nəticələrində Azərbaycan üçün yaxşı hesab olunacaq məqamlar da var. Onun sözlərinə görə, Azərbaycan PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də, regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir: "Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir. Azərbaycan Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib. Bundan əlavə, Azərbaycanın riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb. Azərbaycanlı şagirdlərin riyaziyyatda narahatlıq səviyyəsi OECD ortalamasından aşağıdır, bu isə müsbət haldır". Elm və Təhsil Nazirliyindən isə bu beynəlxalq qiymətləndirmə ilə bağlı münasibət bildirmədilər. Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkil etdiyi beynəlxalq şagird qiymətləndirmə proqramıdır. Qiymətləndirmənin məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərini ölçməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_124:0:1896:1329_1920x0_80_0_0_fbe821dacc0b2a6403da5eecd45ad495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, elm və təhsil nazirliyi, kamran əsədov
azərbaycan, elm və təhsil nazirliyi, kamran əsədov
PISA-nın Azərbaycanla bağlı nəticələri niyə aşağı düşüb?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb.
BAKI, 8 dekabr — Sputnik. Ötən gün 2022-ci il üzrə PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri açıqlanıb. PISA-nın Azərbaycanla bağlı nəticələri sosial platformada geniş müzakirələrə səbəb olub. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan 81 ölkə arasında 56-cı pillədə qərarlaşıb. PİSA testlərində Azərbaycanı təmsil edən Bakı şagirdləri riyaziyyatda 396.88, oxumaqda 365.21, təbiət elmlərində 380.14 bal toplayıb ki, bu da hər üç kateqoriyada orta göstəricidən də aşağıdır.
Bakılı şagirdlərin göstəriciləri niyə aşağı düşüb?
Təhsil eksperti Elmin Nuri Sputnik Azərbaycan-a bildirib ki, qiymətləndirmə yalnız paytaxtda təhsil alan şagirdlərin göstəricisi əsasındadır.
"Bununla belə, o qədər də yaxşı nəticə göstərə bilmədik. Siyahıda yer alan digər ölkələrdəki nəticələr isə ümumilikdə təhsil sistemini əhatə etdiyi üçün, bu, daha real göstəricini üzə çıxarır. Digər məsələ riyaziyyat üzrə göstəricilərin xüsusən aşağı olmasıdır. Qiymətləndirmədə iştirak edən şagirdlərin yalnız 38 faizi 2-ci səviyyə biliyə nail olub. Bu isə ümumi PİSA göstəricisinin orta həddindən (69 faiz) aşağı göstəricidir" - ekspert bildirib.
"Ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır"
E.Nuri qeyd edib ki, qiymətləndirmədə iştirak edən şagirdlərimizin riyaziyyatdan topladıqları bal 380-dir. Bu isə PİSA 2018-ci il üzrə nəticəsi ilə müqayisədə çox aşağıdır. Onun sözlərinə görə, 2008-ci ildə bu göstərici 420 bal olub. Amma orta bal 485 bal hesab olunur. Ekspert deyir ki, buradan da belə nəticəyə gəlmək olar ki, 2018-ci ildəki nəticələrdən də geri qalırıq:
"Hətta PISA-da 2018-ci ildəki riyaziyyat və oxu üzrə göstəricilərimiz indikini üstələyirdi. Oxunun qiymətləndirilməsi meyarı baxımından 2018-ci ilə nisbətən 24 bal itirmişik. Bu meyar üzrə ən çox xal itirən ölkələrdən biri də Azərbaycandır".
Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, PISA tədqiqatının nəticələrində diqqəti cəlb edən məqamlar çoxdur.
Günahı yenə pandemiyanın üstünə atdılar
"İlk maraqlı məqam odur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb. PISA 2022 tədqiqatı üzrə əksər ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. PISA 2022 nəticələrinə görə, əksər ölkələrin geriləməsinin əsas səbəblərindən biri COVID-19 pandemiyasının mənfi təsirləridir. PISA 2018-ci illə müqayisədə əvvəlki dövrdə yüksək nəticələr əldə etmiş inkişaf etmiş ölkələr arasında ən çox geriləmə müşahidə olunan Finlandiya, Hollandiya və Norveç də var" - ekspert bildirib.
25 ölkənin şagirdlərindən daha yüksək bal toplamışıq
K.Əsədov bununla belə hesab edir ki, qiymətləndirmə nəticələrində Azərbaycan üçün yaxşı hesab olunacaq məqamlar da var. Onun sözlərinə görə, Azərbaycan PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də, regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir:
"Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir. Azərbaycan Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib. Bundan əlavə, Azərbaycanın riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb. Azərbaycanlı şagirdlərin riyaziyyatda narahatlıq səviyyəsi OECD ortalamasından aşağıdır, bu isə müsbət haldır".
Elm və Təhsil Nazirliyindən isə bu beynəlxalq qiymətləndirmə ilə bağlı münasibət bildirmədilər.
Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkil etdiyi beynəlxalq şagird qiymətləndirmə proqramıdır. Qiymətləndirmənin məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərini ölçməkdir.