https://sputnik.az/20231208/novbedenkenar-prezident-seckileri-sulh-prosesini-suretlendirecek---zahid-oruc-461175212.html
Növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək - Zahid Oruc
Növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək - Zahid Oruc
Sputnik Azərbaycan
Politoloq hesab edir ki, baş verən proseslərdə üçüncü tərəflərin olmaması vacib elementdir. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T17:57+0400
2023-12-08T17:57+0400
2023-12-08T18:12+0400
zahid oruc
siyasət
politoloq
tofiq abbasov
seçki
sülh
danışıqlar
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41481/63/414816374_0:113:2000:1238_1920x0_80_0_0_2a9d0941eac80f1cfcab52dd1298e42f.jpg
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı. Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında gedən son proseslərlə bağlı millət vəkili Zahid Orucun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib. Millət vəkili Zahid Oruc bildirir ki, son dövrlər Azərbaycanla Ermənistan arasında sərtləşən ritorika müşahidə edilirdi:"Xüsusən də Ermənistana tərəf kimi görünənlərin yaratdıqları təzyiq mühiti proseslərin dalana dirənməsi görüntüsü yaradırdı. Proses artıq o həddə çatmışdı ki, sülh gündəliyinin özü geosiyasi ambisiyaların bir hissəsinə çevrilmişdi. Belə şəraitdə Azərbaycanın addımı sanki dönüş nöqtəsi oldu". Millət vəkilinin sözlərinə görə, Azərbaycanın sərhəddə vasitəçisiz görüşlə bağlı çağırışı öz nəticəsini verdi:"Hesab edirik ki, bu mühim hadisədir. Ötən onilliklər ərzində özlərinin strateji sənədlərində bir-birini düşmən adlandıran dövlətlərin sülh sazişini imzalamamış birgə açıqlaması sülhə tezliklə nail olmağa ümid yaradır. Bu o deməkdir ki, müxtəlif platformalarda axtarılan sülhü iki ölkə vasitəçisiz şəkildə əldə edə bilərlər". Onun sözlərinə görə, Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək:Politoloq Tofiq Abbasov isə hesab edir ki, əslində bütün bunlar çoxdan baş verməli idi:"Ancaq Ermənistanın astagəlliyi ucbatından bu proseslər gec baş verdi. Hələ müharibəyə qədər Azərbaycan Prezidenti İlham Əliyev "hamının hamıya" prinsipini təklif etmişdi, ancaq Ermənistan tərəfi buna etinasız yanaşdı. Sözsüz ki, dünənki birgə bəyanat aparılan danışıqların nəticəsi idi.Politoloq danışıqların nəticəli olmasını sevindiri hal hesab edir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41481/63/414816374_187:0:1964:1333_1920x0_80_0_0_ea4b4210115c217f29475c71821ff09a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zahid oruc, politoloq, tofiq abbasov, seçki, sülh, danışıqlar, ermənistan
zahid oruc, politoloq, tofiq abbasov, seçki, sülh, danışıqlar, ermənistan
Növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək - Zahid Oruc
17:57 08.12.2023 (Yenilənib: 18:12 08.12.2023) Politoloq hesab edir ki, baş verən proseslərdə üçüncü tərəflərin olmaması vacib elementdir.
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı.
Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında gedən son proseslərlə bağlı millət vəkili Zahid Orucun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirir ki, son dövrlər Azərbaycanla Ermənistan arasında sərtləşən ritorika müşahidə edilirdi:
"Xüsusən də Ermənistana tərəf kimi görünənlərin yaratdıqları təzyiq mühiti proseslərin dalana dirənməsi görüntüsü yaradırdı. Proses artıq o həddə çatmışdı ki, sülh gündəliyinin özü geosiyasi ambisiyaların bir hissəsinə çevrilmişdi. Belə şəraitdə Azərbaycanın addımı sanki dönüş nöqtəsi oldu".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın sərhəddə vasitəçisiz görüşlə bağlı çağırışı öz nəticəsini verdi:
"Hesab edirik ki, bu mühim hadisədir. Ötən onilliklər ərzində özlərinin strateji sənədlərində bir-birini düşmən adlandıran dövlətlərin sülh sazişini imzalamamış birgə açıqlaması sülhə tezliklə nail olmağa ümid yaradır. Bu o deməkdir ki, müxtəlif platformalarda axtarılan sülhü iki ölkə vasitəçisiz şəkildə əldə edə bilərlər".
"Hər iki xalq uzun onilliklər ərzində bu münaqişədən çox əziyyət çəkiblər. Son on gün ərzində sülhlə bağlı səsləndirilən nikbin açıqlamalar bunun əsassız olmadığını göstərir. Hesab edirəm ki, dünən açıqlanan razılaşma sənədi sülh sazişi ilə bağlı ümidsizlik və inamsızlıqdan sonra sülhə nail olmağa kövrək ümid yaradır", - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək:
"Azərbaycan yeni dünya düzəninə özünü hazırlayır. Düşünürəm ki, digər məsələlərlə bağlı Ermənistanla razılığa gələ bilərik. Bütün bunlar isə sülh erasının başlanmasına təkan verə bilər".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, əslində bütün bunlar çoxdan baş verməli idi:
"Ancaq Ermənistanın astagəlliyi ucbatından bu proseslər gec baş verdi. Hələ müharibəyə qədər Azərbaycan Prezidenti İlham Əliyev "hamının hamıya" prinsipini təklif etmişdi, ancaq Ermənistan tərəfi buna etinasız yanaşdı. Sözsüz ki, dünənki birgə bəyanat aparılan danışıqların nəticəsi idi.
Politoloq danışıqların nəticəli olmasını sevindiri hal hesab edir:
"Çünki barışıq yolunda atılan ilk addım uğurlu olub. Bunun sonrakı addımları gətirəcəyini düşünürəm. Bu hadisə proseslərin inkişafına da təkan verə bilər. Təmasların davam etməsi, sülh sazişinin imzalanması ehtimalını yüksəldir. Bu prosesdə üçüncü tərəflərin olmaması da prosesin irəliləməsi üçün çox vacib elementdir", - deyə ekspert fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.