https://sputnik.az/20231208/mustafa-abbasbeyli-lazimi-kadrlar-tapilmir-461171520.html
Mustafa Abbasbəyli: "Lazımi kadrlar tapılmır"
Mustafa Abbasbəyli: "Lazımi kadrlar tapılmır"
Sputnik Azərbaycan
Bu məsələdə də əsas prioritet istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə cavab verən peşə sahiblərinin hazırlanmasıdır. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T21:21+0400
2023-12-08T21:21+0400
2023-12-08T21:21+0400
cəmiyyət
dövlət məşğulluq agentliyi
kadr
sərgi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_0:120:3214:1928_1920x0_80_0_0_8d642e5f712febb865043e35e50ce5bc.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda lazımi kadrların tapılmaması hallarına rast gəlinir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində bildirib. M.Abbasbəylinin sözlərinə görə, Agentlik gələn il işəgötürənlərlə əməkdaşlığı daha da genişləndirəcək. 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi Bakı İdman Sarayında işə başlayıb. Sərginin əsas məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_242:0:2973:2048_1920x0_80_0_0_16ba046b241ff02b1c21da55d676f7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət məşğulluq agentliyi, kadr, sərgi
dövlət məşğulluq agentliyi, kadr, sərgi
Mustafa Abbasbəyli: "Lazımi kadrlar tapılmır"
Bu məsələdə də əsas prioritet istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə cavab verən peşə sahiblərinin hazırlanmasıdır.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda lazımi kadrların tapılmaması hallarına rast gəlinir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində bildirib.
"Əsas məşğulluq tədbirimiz peşə hazırlığıdır. Bu məsələdə də əsas prioritet istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə cavab verən peşə sahiblərinin hazırlanmasıdır. Bu ilin 10 ayında 9 235 nəfər peşə hazırlığı keçib", - deyə o qeyd edib.
M.Abbasbəylinin sözlərinə görə, Agentlik gələn il işəgötürənlərlə əməkdaşlığı daha da genişləndirəcək.
1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi Bakı İdman Sarayında işə başlayıb. Sərginin əsas məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.