DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Mossad Türkiyədən yardım istəyib

© AP Photo / Ohad Zwigenbergİsrail hərbçiləri
İsrail hərbçiləri - Sputnik Azərbaycan, 1920, 08.12.2023
Abunə olmaq
Qəzet xatırladır ki, İran agentləri silahlarla ələ keçirilib, İsrailli tur qrupu MİT-in zirehli maşınları ilə təyyarəyə mindirilib və ölkələrinə göndərilib.
BAKI, 8 dekabr — Sputnik. İsrail Xarici Kəşfiyyat Xidməti (Mossad) Fələstinin HƏMAS hərəkatı tərəfindən girov saxlanılan İsrail vətəndaşlarının xilas edilməsi üçün Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) müraciət edib. Bu barədə Türkiyənin"Hürriyet" qəzeti mənbələrə istinadən yazıb.

"Oktyabrın 7-də HƏMAS-ın fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatı əldə edə bilməyən Mossad girovların xilas edilməsi üçün MİT-ə müraciət edib. Girovları xilas etmək üçün Qətər, Misir və ABŞ ilə intensiv danışıqlar aparan MİT HƏMAS-ın girovların bəzilərini azad etməsini təmin edib. Mossad bunun üçün MİT-ə təşəkkür edib", - məqalədə deyilir.

Nəşr xatırladıb ki, 2022-ci ildə MİT və İstanbul polisi İran kəşfiyyatının İsrail turist qrupuna qarşı sui-qəsd cəhdinin qarşısını almaq üçün birgə əməliyyat keçirib.
Qəzet xatırladır ki, İran agentləri silahlarla ələ keçirilib, İsrailli tur qrupu MİT-in zirehli maşınları ilə təyyarəyə mindirilib və İsrailə göndərilib. Mossad bunun üçün MİT-ə təşəkkürünü bildirmişdi.
Bundan əvvəl ABŞ-ın "Wall Street Journal" nəşri İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail kəşfiyyat xidmətləri Qəzzada müharibə bitdikdən sonra bütün dünyada Fələstin HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşır.
Xüsusilə, Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin izinə düşmək üçün planlar hazırlandığı iddia edilir. Eyni zamanda, Türkiyənin Habertürk telekanalı ölkənin kəşfiyyat orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatı İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərinin təqib edilməsi halında ciddi nəticələr barədə xəbərdar edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0