https://sputnik.az/20231208/bu-emeliyyatlari-pulsuz-ede-bilersiniz---agentlik-vetendaslara-muraciet-etdi-461163619.html
Bu əməliyyatları pulsuz edə bilərsiniz - Agentlik vətəndaşlara müraciət etdi
Bu əməliyyatları pulsuz edə bilərsiniz - Agentlik vətəndaşlara müraciət etdi
Sputnik Azərbaycan
Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T19:26+0400
2023-12-08T19:26+0400
2023-12-08T19:26+0400
əməliyyat
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/42223/81/422238140_0:25:2000:1150_1920x0_80_0_0_14c08758f140d00ac1584144071b431c.jpg
BAKI, 8 dekabr — Sputnik. Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır. Bu barədə İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, 2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir. Qeyd edək ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir. Əməliyyatdan əvvəl xəstə aşağıdakı kompleks tibbi müayinədən keçir: Tibbi göstəriş olduqda qarın boşluğunun KT və MRT müayinəsi, oral xolesistoqrafiya, xolangioqrafiya kimi rentgenoloji müayinələr də təyin edilə bilər. Bu instrumental müayinələr Xidmətlər Zərfinə daxildir. Laparoskopik xolesistektomiya orta hesabla təqribən 40 dəqiqə davam edir. Ağırlaşma olmadıqda xəstə növbəti gün evə buraxılır. Əməliyyatdan təqribən 9 gün sonra tikişlər tibb müəssisəsində sökülür. Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/81/422238140_128:0:1901:1330_1920x0_80_0_0_79afea691c3814fdccffbc45457d7dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əməliyyat, icbari tibbi sığorta üzrə dövlət agentliyi
əməliyyat, icbari tibbi sığorta üzrə dövlət agentliyi
Bu əməliyyatları pulsuz edə bilərsiniz - Agentlik vətəndaşlara müraciət etdi
Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.
BAKI, 8 dekabr — Sputnik. Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır. Bu barədə İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, 2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir.
Qeyd edək ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.
Əməliyyatdan əvvəl xəstə aşağıdakı kompleks tibbi müayinədən keçir:
Qaraciyər, öd yolları və mədəaltı vəzinin ultrasəs müayinəsi;
Qanın kliniki və biokimyəvi analizi, qanın laxtalanması;
Elektrokardioqrafiya (EKQ);
Döş qəfəsi orqanlarının flüoroqrafiyası və ya rentgenoqrafiyası;
İnsan immunçatışmazlığı virusu (İİV), sifilis, hepatit B və C infeksiyalarının yoxlanılması.
Tibbi göstəriş olduqda qarın boşluğunun KT və MRT müayinəsi, oral xolesistoqrafiya, xolangioqrafiya kimi rentgenoloji müayinələr də təyin edilə bilər. Bu instrumental müayinələr Xidmətlər Zərfinə daxildir.
Laparoskopik xolesistektomiya orta hesabla təqribən 40 dəqiqə davam edir. Ağırlaşma olmadıqda xəstə növbəti gün evə buraxılır. Əməliyyatdan təqribən 9 gün sonra tikişlər tibb müəssisəsində sökülür.
Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.