CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

© AP Photo / Kamran JebreiliQətərin paytaxtı Doha şəhəri
Qətərin paytaxtı Doha şəhəri - Sputnik Azərbaycan, 1920, 08.12.2023
Abunə olmaq
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir
Sputnik Azərbaycan xəbər verir ki, AZAL-ın Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuşu dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Doha mədəni görməli yerləri, dəbdəbəli hotelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0