https://sputnik.az/20231208/abs-terefsiz-oldugunu-gostermelidir---fazil-mustafa-461154596.html
ABŞ Azərbaycanın İranla əldə etdiyi razılıqdan məmnun deyil - Ekspert
ABŞ Azərbaycanın İranla əldə etdiyi razılıqdan məmnun deyil - Ekspert
Sputnik Azərbaycan
Politoloq hesab edir ki, ABŞ region dövlətləri arasında öz imicini qaldırmaq və Rusiyanı proseslərdən kənarda saxlamaq istəyir. 08.12.2023, Sputnik Azərbaycan
2023-12-08T10:01+0400
2023-12-08T10:01+0400
2023-12-08T12:50+0400
siyasət
abş
abş dövlət katibi
abş dövlət departamenti
fazil mustafa
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426578192_0:49:1000:612_1920x0_80_0_0_daea13012a58ada5ad2deb15935efd07.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib. Görüşdən sonra "X" sosial şəbəkəsində paylaşım edən ABŞ Dövlət katibinin köməkçisi Ceyms O"Brayn dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb. Bəs O"Braynın səfəri Azərbaycan-ABŞ münasibətlərini normallaşdıracaqmı? Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıb. Politoloq Elşən Manafov bildirib ki, ABŞ Azərbaycanla münasibətlərdəki gərginliyi səngitmək üçün addımlar atmalı idi: Politoloqun sözlərinə görə, ABŞ sülh prosesində canfəşanlıq etməklə, geosiyasi maraqlarını təmin etməyə çalışır: "Okeanın o tayında hesab edilir ki, sülhə nail ola bilsələr, bu, ABŞ-ın region dövlətləri arasında imicinin artmasına töhfə verən amil kimi qəbul edilə bilər. Burada həm də məqsəd Rusiyanı proseslərdən kənarda saxlamaqdır. Eyni zamanda Qərb istəyir ki, Rusiyanın bölgəyə təsir imkanlarını məhdudlaşdırsın. Bu gün Paşinyan iqtidarı ABŞ-ın bölgədəki əsas peykidir. Ermənistan ABŞ-ın bölgə ilə bağlı sifarişlərini yerinə yetirir. Məhz Paşinyan iqtidarı dövründə Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi istiqamətində atılan addımlar da bunu sübut edir. Ehtimal olunur ki, Paşinyan iqtidarına Ermənistan enerji və dövlət təhlükəsizliyi ilə bağlı hansısa təminatlar verilib. Paşinyan da bu vədlərə arxalanaraq həmin siyasəti yürüdür". Politoloqun fikrincə, Azərbaycanın Qərb formatında danışıqlara dəvət edilməsinin digər bir məqsədi də var. Bu da ondan irəli gəlir ki, Azərbaycan regionun problemlərinin həllini "3+2" formatında görür: Mİllət vəkili Fazil Mustafa isə qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərini tənzimlənməsi üçün ABŞ-da bir neçə dəfə görüşlər keçirilib, ancaq indi vəziyyət fərqlidir. Onun sözlərinə görə, hazırkı məqamda belə görüşün baş tutması və nəticəli olması üçün ABŞ-ın tərəfsiz olduğunu göstərməsi lazımdır: Millət vəkili görüşdən sonrakı posesləri izləməyin tərəfindədir və hesab edir ki, proseslər Vaşinqtonun özünü necə aparmasından daha çox asılı olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426578192_0:0:1000:751_1920x0_80_0_0_9fe2a2467bbdd0d4441fd622d6560f5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, abş dövlət katibi, abş dövlət departamenti, fazil mustafa, vaşinqton
abş, abş dövlət katibi, abş dövlət departamenti, fazil mustafa, vaşinqton
ABŞ Azərbaycanın İranla əldə etdiyi razılıqdan məmnun deyil - Ekspert
10:01 08.12.2023 (Yenilənib: 12:50 08.12.2023) Politoloq hesab edir ki, ABŞ region dövlətləri arasında öz imicini qaldırmaq və Rusiyanı proseslərdən kənarda saxlamaq istəyir.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib.
Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.
Görüşdən sonra "X" sosial şəbəkəsində paylaşım edən ABŞ Dövlət katibinin köməkçisi Ceyms O"Brayn dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
Bəs O"Braynın səfəri Azərbaycan-ABŞ münasibətlərini normallaşdıracaqmı?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıb.
Politoloq Elşən Manafov bildirib ki, ABŞ Azərbaycanla münasibətlərdəki gərginliyi səngitmək üçün addımlar atmalı idi:
"Gərginliyin səbəbkarı, təşəbbüskarı elə ABŞ özüdür. ABŞ özünün siyasətinin effekt vermədiyini görür. Vaşinqton istəyir ki, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları onun istədiyi kimi davam etsin. ABŞ özünü bölgəyə sülh və sabitlik gətirən ölkə kimi təqdim etmək istəyir".
Politoloqun sözlərinə görə, ABŞ sülh prosesində canfəşanlıq etməklə, geosiyasi maraqlarını təmin etməyə çalışır:
"Okeanın o tayında hesab edilir ki, sülhə nail ola bilsələr, bu, ABŞ-ın region dövlətləri arasında imicinin artmasına töhfə verən amil kimi qəbul edilə bilər. Burada həm də məqsəd Rusiyanı proseslərdən kənarda saxlamaqdır. Eyni zamanda Qərb istəyir ki, Rusiyanın bölgəyə təsir imkanlarını məhdudlaşdırsın. Bu gün Paşinyan iqtidarı ABŞ-ın bölgədəki əsas peykidir. Ermənistan ABŞ-ın bölgə ilə bağlı sifarişlərini yerinə yetirir. Məhz Paşinyan iqtidarı dövründə Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi istiqamətində atılan addımlar da bunu sübut edir. Ehtimal olunur ki, Paşinyan iqtidarına Ermənistan enerji və dövlət təhlükəsizliyi ilə bağlı hansısa təminatlar verilib. Paşinyan da bu vədlərə arxalanaraq həmin siyasəti yürüdür".
Politoloqun fikrincə, Azərbaycanın Qərb formatında danışıqlara dəvət edilməsinin digər bir məqsədi də var. Bu da ondan irəli gəlir ki, Azərbaycan regionun problemlərinin həllini "3+2" formatında görür:
"Bu formatda əməkdaşlıq bölgəyə regiondan kənar qüvvələrin müdafiəsinin qarşısını alır. Qərb buna mane olmaq üçün addımlar atır. Azərbaycanın İranla əldə etdiyi razılıq ABŞ-ı məmnun etməyib. ABŞ Orta Dəhliz üzərində nəzarəti həyata keçirmək istəyir. Çünki Orta Dəhliz layihəsi ABŞ-ın yeni dünya nizamı ilə bağlı planlarına uyğun gəlmir".
Mİllət vəkili Fazil Mustafa isə qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərini tənzimlənməsi üçün ABŞ-da bir neçə dəfə görüşlər keçirilib, ancaq indi vəziyyət fərqlidir.
Onun sözlərinə görə, hazırkı məqamda belə görüşün baş tutması və nəticəli olması üçün ABŞ-ın tərəfsiz olduğunu göstərməsi lazımdır:
"ABŞ bu prosesdə tərəfsiz deyil. Bu ölkə Ermənistanın müdafiə aktını qəbul edən dövlətdir. Belə olan təqdirdə ABŞ hansısa formada münasibətlərin normallaşmasında maraqlı görünə bilərmi?! Azadlığı Ermənistan adı ilə əvəz edən bir ölkənin canfəşanlığının hansısa nəticəsi olacağını təsəvvür edə bilmirəm. O`Brayının səfərində Azərbaycan ABŞ-a olan iradlarını çatdırıb".
Millət vəkili görüşdən sonrakı posesləri izləməyin tərəfindədir və hesab edir ki, proseslər Vaşinqtonun özünü necə aparmasından daha çox asılı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.