CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızılcadan sonra bağçalarda peyvənd tələbi

© AP Photo / Ben GrayPeyvənd
Peyvənd - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Bağçadan bildiriblər ki, validyen ya uşağın peyvənd olunduğuna dair yaxud da vaksindən imtina etdiyinə dair sənəd təqdim etməlidir.
BAKI, 7 dekabr — Sputnik. Uşaqlar arasında qızılcaya yoluxma sayı artdıqdan sonra uşaq bağçalarında peyvənd barədə sənəd tələb olunur. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilir ki, bağçalarda valideynlərdən qızılca və məxmərəyə qarşı peyvənd olunmayan uşaqları vaksin etdirmək tələb olunur. Eyni zamanda bağçaya yeni uşaqlar qəbul olunarkən də uşağın qızılcaya qarşı peyvənd olunduğuna dair sənəd tələb olunur.
Bağçalarda peyvənd tələbi qanunidirmi?
Binəqədi rayonu ərazisində yerləşən uşaq bağçalarına müraciət edən valideynlərdən biri - Mədinə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazi üzrə məktəbəqədər təhsil müəssisələrinin hər biri ondan uşağın peyvənd olunmasına dair arayış tələb edib.
Valideyn bildirir ki, onlayn qeydiyyat zamanı belə bir sənəd tələb olunmasa da, bağçalar qəbul prosesində həkimdən sağlamlıq arayışı ilə yanaşı hansı peyvəndlərin olunduğuna dair sənəd də tələb edir. Peyvənd olunmayan uşaqlar bağçalara qəbul olunmur.
Sputnik Azərbaycan məsələni araşdırmaq üçün Binəqədi rayonu ərazisində fəaliyyət göstərən uşaq bağçaları ilə əlaqə saxlayıb. "Sahil" uşaq bağçasından bildirilib ki, onlayn növbədən sonra uşaqlardan sağlamlıq arayışı tələb olunur. Uşaqlar arasında qızılca geniş yayıldığından uşağın hansı peyvənd olunduğuna dair də sənəd tələb olunur. Yaxşı olar ki, uşaq qızılca və məxmərəyə qarşı vaksin olunsun. Əks halda valideyndən peyvənddən imtina sənədi tələb olunur.
Əlaqə saxladığımız digər bağçalardan da uşaqların vaksinasiyasına nəzarətin gücləndirildiyini, qızılca xəstəliyinin yayılması ilə əlaqədar peyvənd vurulmasının tövsiyə olunduğu bildirilib. Əks hala valideynlər peyvənddən imtina ərizəsi təqdim etməlidirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-a bildirildi ki, uşaqların bağçalara qəbulu onlayn aparılır. Bu zaman vaksin tələbi mütləq deyil. Amma qızılca xəstəliyinin yayılması ilə əlaqədar uşaqlara peyvəndlərin vurulması məqsədilə profilaktiv tədbirlər, maarifləndirmə işləri həyata keçirilir.
© AR Ministry of EducationBakı şəhəri üzrə Təhsil idarəsi
Bakı şəhəri üzrə Təhsil idarəsi - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Bakı şəhəri üzrə Təhsil idarəsi
Polikilinika da bağçaya gedən uşağın vaksin edilməli olduğunu söyləyir
Ərazi üzrə əlaqə saxladığımız polikilinikalardan isə bildirdilər ki, uşaqların vaksinasiyası məcburi olmasa da, valideynlərlə bu istiqamətdə maarifləndirici işlər aparılır.
11 saylı uşaq polikilinikasından bildirdilər ki, hazırda uşaqlar arasında qızılca sürətlə yayıldığından vaksindən kənar qalan uşaqlar peyvəndə cəlb olunur. Bu istiqamətdə onların valideynləri ilə profilaktik söhbətlər aparılır.

"Uşaq bağçaları da valideynlərdən uşağın peyvənd olunmasını tələb edirlər. Əks halda yoluxma azyaşlılar arasında sürətlə yayılır", - deyə polikilinikadan bildirdilər.

Qızılcaya yoluxan uşaq barədə məlumat verməyən müəllimi hansı cəza gözləyir?
Qeyd edək ki, bağçalarla yanaşı, məktəblərin aşağı siniflərində də uşaqların qızılcaya qarşı peyvənd olunmasına nəzarət gücləndirilib. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, müəllimlər bununla bağlı "vatsap" qruplarında onlara səsli mesaj göndərərək qızılcaya yoluxmuş uşaqla bağlı vaxtında məlumat verilməsini tələb ediblər. Övladları Xırdalan şəhər 11 saylı məktəbdə təhsil alan valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllim qrupa səsli mesaj göndərərək qızılcaya yoluxan uşaqla bağlı vaxtında məlumat verilməsə, müəllimin 250 manat məbləğində cərimələnəcəyini söyləyib.
© Official website of President of Azerbaijan RepublicXırdalanda 11 nömrəli tam orta məktəbin yeni binası
Prezident İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalanda 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Xırdalanda 11 nömrəli tam orta məktəbin yeni binası
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, müəllimlərə hər hansı cərimə tətbiq olunmasına dair qayda yoxdur.
Amma qurumdan son günlər təhsil müəssisələrində şagirdlər arasında qızılcaya yoluxmanın qarşısını almaq üçün profilaktiv tədbirlərin gücləndirildiyini qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0