Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dönərxanada yanğınla nəticələnən partlayış olub

© AFP 2023 / BAKR ALKASEMDönərxana
Dönərxana - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Ağcabədidə partlayışın baş verdiyi dönərxananın bir hissəsini yanğından mühafizə etmək mümkün olub.
BAKI, 7 dekabr — Sputnik. Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər lenti
0