Bu gün nə bayramıdır: 7 dekabr
© Sputnik7 dekabr
![7 dekabr 7 dekabr - Sputnik Azərbaycan, 1920, 07.12.2023](https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1e/460974648_42:0:1158:628_1920x0_80_0_0_baffdc6d9afb56b9b4a80bcca03ce483.jpg)
© Sputnik
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
7 dekabrda kimlər anadan olub?
Fətəli Xan Xoyski (1875-1920) - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Baş naziri (1918-1919), AXC-nin hərbi naziri, xarici işlər naziridir (1918-1919 və 1919-1920).
Giovanni Lorenzo Bernini (1598-1680) - italyan memar və heykəltəraşdır. O, heykəltəraşlıqda barokko üslubunun yaradıcısıdır.
Noam Xomski (1928) - amerikalı dilçi, filosof və nəzəriyyəçidir. Massaçusets Texnologiya İnstitutunun dilçilik professoru, Xomskiy iyerarxiyası adlanan rəsmi dillərin təsnifatının müəllifidir.
Tom Ueyts (1949) - amerikalı müğənni, bəstəkar və aktyordur. O, İndastrial, dark kabare və avanqard caz elementləri ilə zəngin olan rok ifa edir.
Nikolas Holt (1989) - Holt aktyor, "Yüksələn ulduz" kateqoriyasında Britaniya Akademiyasının BAFTA mükafatına ən gənc namizədlərdən biridir.
© wikimedia.orgFətəli Xan İsgəndər Xan oğlu Xoyski
![Fətəli Xan İsgəndər Xan oğlu Xoyski Fətəli Xan İsgəndər Xan oğlu Xoyski - Sputnik Azərbaycan, 1920, 06.12.2023](https://cdnn1.img.sputnik.az/img/40099/75/400997570_0:0:400:599_1920x0_80_0_0_e262280df44e2022c230022581f4822f.jpg)
Fətəli Xan İsgəndər Xan oğlu Xoyski
© wikimedia.org
7 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşan ilk parlament olub.
1934-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikasında (RSFSR) Kirov, Orenburq, Omsk vilayətləri və Krasnoyarsk diyarı yaradılıb.
1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı Yaponiya Pearl-Harbor (Havay adaları) hərbi dəniz bazasında yerləşən ABŞ qüvvələrinə hücum edib.
1944-cü ildə Çikaqoda Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya qəbul edilib və imzalanıb.
1972-ci ildə Apollon proqramında Aya sonuncu eniş edən "Apollon 17" kosmik gəmisi buraxılıb.
1982-ci ildə Texasda (ABŞ) ilk dəfə inyeksiya yolu ilə ölüm cəzası tətbiq edilib.
1991-ci ildə Rusiya Kosmonavtika Federasiyasının əsası qoyulub.
1996-cı ildən Beynəlxalq Mülki Aviasiya Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.