CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq

© Sputnik / Murad OrujovYağışlı hava, arxiv
Yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağıntıda fasilə olacaq. Bəzi rayonlarda duman olacaq. Mulayim şərq küləyi əsəcək.
Havanın temperaturu 11-16° isti, dağlarda 3-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0