Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda avtomobil istehsalı artır

Abunə olmaq
2023-cü ilin oktyabrında Azərbaycanda avtomobil istehsalı sentyabr ayı ilə müqayisədə 58% -dən çox artıb. Ölkənin avtomobil sənayesi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına əsasən 2376 minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4% çoxdur.
Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrda avtomobil istehsalı sentyabr ayı ilə müqayisədə 58%-dən çox artıb.
Ekspertlər Azərbaycanda avtomobil istehsalının artımını ölkənin Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqələndirirlər. Belə ki, iyul ayında Prezident İlham Əliyev minik avtomobillərinin istehsalının 10 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutan məcəlləyə olan dəyişiklikləri təsdiq edib.
Dövlət başçısı həmçinin 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən avtomobillərin istehsalı üçün xammal və material növlərinin siyahısını da təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0