DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ korrupsiya ilə mübarizə üçün Ukraynaya müşavir göndərəcək

© iStock.com / Ruslan LytvynKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Qərbin Ukrayna Prezidenti Vladimir Zelenskidən öz hökuməti daxilində korrupsiya ilə mübarizəyə başlamasını tələb etdiyi də bildirilib.
BAKI, 7 dekabr — Sputnik. ABŞ Ukraynaya korrupsiya ilə mübarizə üzrə müşavir göndərmək niyyətindədir.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Ağ Ev dəqiqləşdirib ki, məsləhətçi korrupsiya ilə mübarizə və mühüm sənaye sahələrinə xarici investisiyaların cəlb edilməsi üçün Ukraynanın Strateji Sənayelər Nazirliyinə göndəriləcək.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynada korrupsiyanın səviyyəsinin dünyada ən yüksək olduğunu bildirmişdi. O qeyd edib ki, Qərb ölkədə korrupsiyaya qalib gələ bilməyəcək, çünki orada korrupsiya praktiki olaraq leqallaşdırılıb.
Qərbin Ukrayna Prezidenti Vladimir Zelenskidən öz hökuməti daxilində korrupsiya ilə mübarizəyə başlamasını tələb etdiyi də bildirilib.
Xəbər lenti
0