SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xəzərlə bağlı konvensiya Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına mane olmur - Hərbi ekspert

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan HDQ gəmiləri, arxiv şəkli
Azərbaycan HDQ gəmiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son toplantıda müzakirə olunan məsələlər bütün ölkələr üçün önəm kəsb edir.
BAKI, 6 dekabr — Sputnik. Dekabrın 5-də Moskvada Xəzər "beşliyi"nin xarici işlər nazirlərinin toplantısını keçirilib. Toplantının yekunlarına dair birgə bəyanat qəbul edilib. Birgə bəyanatda bildirilib ki, beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarıdırlar.
Sputnik Azərbaycan Xəzər "beşliyi"nin son toplantısının yekunları ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
© Photo : Personal archiveHərbi ekspert Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev  - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Hərbi ekspert Ədalət Verdiyev
Ə.Verdiyev bildirib ki, son toplantıda müzakirə olunan məsələlər bütün ölkələr üçün önəm kəsb edirdi:

"Hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsini Azərbaycan da dəstəkləyir. Onu da qeyd etmək lazımdır ki, Türkiyə hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi Azərbaycanın planında yoxdur. Xəzər hövzəsində yerləşdirilən hərbi qüvvələrin balanslaşdırılması, razılaşdırılmış bir sayda saxlanılmasının tərəfdarı olmuşuq. Bu baxımdan Xəzərlə bağlı konvensiya heç bir halda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına mane olmur. Azərbaycan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə ilə hərbi əməkdaşlığını ən yüksək səviyyədə davam etdirir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0