https://sputnik.az/20231206/qazaxda-mekteblerde-usaqlarin-mecbur-peyvend-olunduguna-aydinliq-getirildi---foto-461120865.html
Qazaxda məktəblərdə uşaqların məcbur peyvənd olunduğuna aydınlıq gətirildi - FOTO
Qazaxda məktəblərdə uşaqların məcbur peyvənd olunduğuna aydınlıq gətirildi - FOTO
Sputnik Azərbaycan
TƏBİB-dən bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər. 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T14:17+0400
2023-12-06T14:17+0400
2023-12-06T14:29+0400
qazax
təhsil
peyvənd
məktəb
https://cdnn1.img.sputnik.az/img/40435/10/404351017_0:77:2001:1202_1920x0_80_0_0_4ba1439764e5dcfdb054df5c95ade6f1.jpg
BAKI, 6 dekabr — Sputnik. TƏBİB Qazaxda 1 saylı məktəbdə şagirdlərin vərəmə qarşı məcburi vaksin olunması ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Qurumdan sorğumuza cavabda bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər. Qeyd edək ki, dünən Qazax şəhər S.Əfəndiyev adına 1saylı tam orta məktəbin müəllimi Təranə Məmmədtağıyeva öz *Facebook sosial şəbəkə hesabında şagirdlərin vərəmə qarşı məcburi peyvənd vurulduğunu, şprislərin dəyişdirilmədən istifadə edildiyini bildirib. TƏBİB-dən isə bildirilib ki, Qazax rayonunda da uşaqlar arasında vərəm infeksiyasına yoluxmuş şəxslərin erkən aşkarlanması və profilaktikası məqsədilə orta məktəblərdə uşaqların və yeniyetmələrin müayinələri aparılmış, o cümlədən Mantu sınağı qoyulmuşdur. Qazax Rayon Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən Mantu sınağı aparılarkən bütün aseptika və antiseptika qaydalarına əməl edilmiş, istifadə edilmiş şprislər tibbi tullantılar üçün olan qutulara atılmışdır. Tuberkulinin 1 flakonu, əsasən, 10 dozalıq olur. Tuberkulin sınağı üçün sifariş verilən dozaya uyğun olaraq şprislər də dərmanın üzərində verilir. Tuberkulinodiaqnostika üçün istifadə edilən şprislər 1 ml həcmindədir. Şprislər bir dəfəlik istifadədən sonra yararsız olur.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40435/10/404351017_146:0:1853:1280_1920x0_80_0_0_12dfe0e63d3f6084812e8fbd16791e26.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qazax, peyvənd, məktəb
Qazaxda məktəblərdə uşaqların məcbur peyvənd olunduğuna aydınlıq gətirildi - FOTO
14:17 06.12.2023 (Yenilənib: 14:29 06.12.2023) TƏBİB-dən bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər.
BAKI, 6 dekabr — Sputnik. TƏBİB Qazaxda 1 saylı məktəbdə şagirdlərin vərəmə qarşı məcburi vaksin olunması ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Qurumdan sorğumuza cavabda bildirilib ki, şagirdlər vərəmə qarşı peyvənd yox, mantu sınağına cəlb ediliblər.
Qeyd edək ki, dünən Qazax şəhər S.Əfəndiyev adına 1saylı tam orta məktəbin müəllimi Təranə Məmmədtağıyeva öz *Facebook sosial şəbəkə hesabında şagirdlərin vərəmə qarşı məcburi peyvənd vurulduğunu, şprislərin dəyişdirilmədən istifadə edildiyini bildirib.
TƏBİB-dən isə bildirilib ki, Qazax rayonunda da uşaqlar arasında vərəm infeksiyasına yoluxmuş şəxslərin erkən aşkarlanması və profilaktikası məqsədilə orta məktəblərdə uşaqların və yeniyetmələrin müayinələri aparılmış, o cümlədən Mantu sınağı qoyulmuşdur. Qazax Rayon Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən Mantu sınağı aparılarkən bütün aseptika və antiseptika qaydalarına əməl edilmiş, istifadə edilmiş şprislər tibbi tullantılar üçün olan qutulara atılmışdır.
Tuberkulinin 1 flakonu, əsasən, 10 dozalıq olur. Tuberkulin sınağı üçün sifariş verilən dozaya uyğun olaraq şprislər də dərmanın üzərində verilir. Tuberkulinodiaqnostika üçün istifadə edilən şprislər 1 ml həcmindədir. Şprislər bir dəfəlik istifadədən sonra yararsız olur.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.