https://sputnik.az/20231206/ngilterede-zelenski-ile-ciddi-sohbete-hazirlasirlar-461085436.html
İngiltərədə Zelenski ilə ciddi söhbətə hazırlaşırlar
İngiltərədə Zelenski ilə ciddi söhbətə hazırlaşırlar
Sputnik Azərbaycan
Britaniyalı diplomatlar Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur edə bilərlər. 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T09:01+0400
2023-12-06T09:01+0400
2023-12-06T09:01+0400
vladimir zelenski
dünya xəbərləri
xüsusi hərbi əməliyyat
ingiltərə
böyük britaniya
rusiya
sülh
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116925_0:160:3072:1888_1920x0_80_0_0_d6b6e1e00ea28432119d992a42a97720.jpg
BAKI, 6 dekabr — Sputnik. İngiltərə diplomatları münaqişəni yaxın vaxtlarda başa çatdırmaq üçün Rusiya ilə danışıqlara başlamaq məsələsində Kiyevə təzyiq göstərməyə hazırlaşırlar. Bu barədə İngiltərənin "Daily Express" nəşri məlumat yayıb. "Ukraynanın böyük hücumu gözlənilən uğura çevrilmədi və bu, ölkənin bu münaqişədə qalib gəlmək qabiliyyətini sual altına qoyur. Diplomatik dairələrdə Kiyevə təzyiq göstərmək və onu danışıqlar masasına oturmağa məcbur etmək barədə danışılır", - nəşr yazır. Materialın müəllifləri Ukrayna ordusunun daimi uğursuzluqları ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiqlərin ciddi şəkildə artdığını da qeyd edirlər. Ukrayna lideri hətta ölkə daxilində də tənqid atəşinə tutulur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson bildirib ki, Rusiya və Ukrayna arasında ehtimal olunan danışıqlar Kiyevin təslim olması ilə başa çatacaq. Onun fikrincə, Moskvanın mövqeyi daha güclüdür, çünki Rusiya Silahlı Qüvvələri döyüş meydanında uduzmur, Rusiya iqtisadiyyatı isə uğurla fəaliyyət göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116925_171:0:2902:2048_1920x0_80_0_0_0de86128c3bde58f7fe4a3990475f99f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, xüsusi hərbi əməliyyat, ingiltərə, böyük britaniya, rusiya, sülh, danışıqlar
vladimir zelenski, xüsusi hərbi əməliyyat, ingiltərə, böyük britaniya, rusiya, sülh, danışıqlar
İngiltərədə Zelenski ilə ciddi söhbətə hazırlaşırlar
Britaniyalı diplomatlar Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur edə bilərlər.
BAKI, 6 dekabr — Sputnik. İngiltərə diplomatları münaqişəni yaxın vaxtlarda başa çatdırmaq üçün Rusiya ilə danışıqlara başlamaq məsələsində Kiyevə təzyiq göstərməyə hazırlaşırlar.
Bu barədə İngiltərənin "Daily Express" nəşri məlumat yayıb.
"Ukraynanın böyük hücumu gözlənilən uğura çevrilmədi və bu, ölkənin bu münaqişədə qalib gəlmək qabiliyyətini sual altına qoyur. Diplomatik dairələrdə Kiyevə təzyiq göstərmək və onu danışıqlar masasına oturmağa məcbur etmək barədə danışılır", - nəşr yazır.
Materialın müəllifləri Ukrayna ordusunun daimi uğursuzluqları ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiqlərin ciddi şəkildə artdığını da qeyd edirlər. Ukrayna lideri hətta ölkə daxilində də tənqid atəşinə tutulur.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson bildirib ki, Rusiya və Ukrayna arasında ehtimal olunan danışıqlar Kiyevin təslim olması ilə başa çatacaq. Onun fikrincə, Moskvanın mövqeyi daha güclüdür, çünki Rusiya Silahlı Qüvvələri döyüş meydanında uduzmur, Rusiya iqtisadiyyatı isə uğurla fəaliyyət göstərir.