https://sputnik.az/20231206/menyularin-deyisdirilmesi-bir-sagirde-dusen-yemek-xercinin-artirilmasina-sebeb-olub---hp-461115412.html
Menyuların dəyişdirilməsi bir şagirdə düşən yemək xərcinin artırılmasına səbəb olub - HP
Menyuların dəyişdirilməsi bir şagirdə düşən yemək xərcinin artırılmasına səbəb olub - HP
Sputnik Azərbaycan
Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşıyıb, əsaslandırıcı... 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T12:23+0400
2023-12-06T12:23+0400
2023-12-06T12:23+0400
yemək
təhsil
məbləğ
manat
hesablama palatası
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451786_0:449:2843:2048_1920x0_80_0_0_1d9dcb85d6260fb71e9fc5f05b44f5b8.jpg
BAKI, 6 dekabr — Sputnik. Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsi 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub. Bu, Hesablama Palatasının Elm və Təhsil Nazirliyi və "Əsaslı Tikinti və Təchizat İdarəsi"ndə dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair aparılmış audit"ində qeyd edilib. Bildirilib ki, yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunub. Bu da son nəticədə icra prosesində 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub. Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaradıb ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaradıb. Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşıyıb, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilib. Qeyd edək ki, Hesablama Palatasının 2023-cü il üçün İş Planı əsasında başa çatdırılmış audit Elm və Təhsil Nazirliyi və təsərrüfat hesablı "Əsaslı Tikinti və Təchizat İdarəsi" (İdarə) tərəfindən 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi məqsədini daşıyıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451786_0:0:2731:2048_1920x0_80_0_0_b032d3a3ff45a6a980b9003a0ad29b22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yemək, məbləğ, manat, hesablama palatası
yemək, məbləğ, manat, hesablama palatası
Menyuların dəyişdirilməsi bir şagirdə düşən yemək xərcinin artırılmasına səbəb olub - HP
Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşıyıb, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilib.
BAKI, 6 dekabr — Sputnik. Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsi 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.
Bu, Hesablama Palatasının Elm və Təhsil Nazirliyi və "Əsaslı Tikinti və Təchizat İdarəsi"ndə dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair aparılmış audit"ində qeyd edilib.
Bildirilib ki, yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunub. Bu da son nəticədə icra prosesində 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.
Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaradıb ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.
Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaradıb.
Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşıyıb, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilib.
Qeyd edək ki, Hesablama Palatasının 2023-cü il üçün İş Planı əsasında başa çatdırılmış audit Elm və Təhsil Nazirliyi və təsərrüfat hesablı "Əsaslı Tikinti və Təchizat İdarəsi" (İdarə) tərəfindən 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi məqsədini daşıyıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.