https://sputnik.az/20231206/daha-bir-tibb-muessisesinde-ambulator-klinika-istifadeye-verilib-461116214.html
Daha bir tibb müəssisəsində ambulator klinika istifadəyə verilib
Daha bir tibb müəssisəsində ambulator klinika istifadəyə verilib
Sputnik Azərbaycan
Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T18:57+0400
2023-12-06T18:57+0400
2023-12-06T18:57+0400
klinika
səhiyyə
yeni
sistem
ambulator
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_0:44:1001:607_1920x0_80_0_0_c6348c8d0105aed74402664fcd8d1477.jpg
BAKI, 6 dekabr — Sputnik. Yeni Klinikada Ambulator klinika (birgünlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd edilib ki, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur. Son illər cərrahiyyədə stasionar yatış xidmətlərindən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir. Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və s. yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olub. Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_52:0:903:638_1920x0_80_0_0_fa0e64c014001ff2a5216664a533f5cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
klinika, yeni, sistem, ambulator
klinika, yeni, sistem, ambulator
Daha bir tibb müəssisəsində ambulator klinika istifadəyə verilib
Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib.
BAKI, 6 dekabr — Sputnik. Yeni Klinikada Ambulator klinika (birgünlük cərrahiyyə) sisteminin tətbiqinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, bu yenilik çərçivəsində xəstələrin əməliyyata qəbul olunduğu gün evə buraxılması nəzərdə tutulur.
Son illər cərrahiyyədə stasionar yatış xidmətlərindən bir günlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir. Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.
Belə ki, laparoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması və s. yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olub.
Cərrahi texnologiyanın, anesteziya və analgeziya üsullarının inkişafı, tibbi sığorta sistemindəki yeniliklər, səhiyyə xidməti alan insanların prioritetlərindəki dəyişikliklər (iş mühitinə erkən qayıtma istəyi) ambulator cərrahiyyənin həkimlər, tibb bacıları ilə yanaşı, cəmiyyət tərəfindən də qəbul edilməsinə gətirib çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.