Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib

© Photo : Russian Information and Culture Center Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
 - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Solist qismində Fatma Səfərzadə (soprano, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) və Pavel Artyomov (tenor, Moskva Metropoliteninin Akademik Xoru) çıxış ediblər.
BAKI, 6 dekabr — Sputnik. Heydər Əliyev Sarayında böyük və təntənəli konsert təşkil olunub. Tamaşaçılar solistlər, xor və simfonik orkestr üçün K.Cenkinsin "Sülh duası" oratoriyasını dinləyiblər. Konsert Bakıdakı Rus evinin informasiya dəstəyi ilə təşkil olunub.
AZƏRTAC Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə (RİMM) istinadla xəbər verir ki, D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin (RKTU) mədəni təşəbbüsü olan Mendeleyev Xor Konqresinin Beynəlxalq Birləşmiş Xoru aşağıdakı tərkibdə çıxış edib:
© Photo : Russian Information and Culture Center Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
 - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
Azərbaycanın Xalq Artisti Gülbacı İmanovanın rəhbərliyi altında Azərbaycan Dövlət Xor Kapellası;
Boris Tarakanovun rəhbərliyi altında D.İ.Mendeleyev adına RKTU-nun Akademik Böyük Xoru;
Rusiyanın Əməkdar artisti Tatyana Jdanovanın rəhbərliyi altında "Vozrojdenie" (Dirçəliş) Akademik Xoru;
Boris Tarakanovun rəhbərliyi altında Moskva Metropoliteninin Akademik Xoru;
Olqa Ostrovskayanın rəhbərliyi altında "Üvertüra" Kamera Xoru;
Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakı şəhərindəki Müqəddəs Arxangel Mixail Məbədinin Xoru.
© Photo : Russian Information and Culture Center Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
 - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
Solist qismində Fatma Səfərzadə (soprano, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) və Pavel Artyomov (tenor, Moskva Metropoliteninin Akademik Xoru) çıxış ediblər.
Konsertdə, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri iştirak edib. Layihənin müəllifi və baş xormeysteri Boris Tarakanov, baş dirijoru isə professor Yalçın Adıgözəlov olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0