https://sputnik.az/20231206/ag-ev-resmisinin-aciqlamasi-askar-riyakarliqdir---millet-vekili-461128806.html
Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır - millət vəkili
Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır - millət vəkili
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, Azərbaycan özünə qarı yönəlmiş qərəzli mövqelərə ilk gündən adekvat münasibət nümayiş etdirib. 06.12.2023, Sputnik Azərbaycan
2023-12-06T16:20+0400
2023-12-06T16:20+0400
2023-12-06T16:20+0400
təhlil
abş
ermənistan
region
azərbaycan
abş dövlət departamenti
millət vəkili
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457332659_0:160:3072:1888_1920x0_80_0_0_d26318f81db8dcc5fb9e5263482ba2ee.jpg
BAKI, 6 dekabr — Sputnik. "Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir". Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. Qeyd edək ki, bu açıqlamadan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin (James O'Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacağı ilə məlumat yayılmışdı.Sputnik Azərbaycan Metyu Millerin açıqlamasına və O'Brayenin səfərinə millət vəkili Elşad Mirbəşiroğlunun münasibətini öyrənib. Millət vəkili bildirib ki, Azərbaycan özünə qarşı yönəlmiş qərəzli mövqelərə ilk gündən adekvat münasibət nümayiş etdirib:Elşad Mirbəşiroğlu başqa bir reallığa da diqqət çəkib. O qeyd edib ki, ABŞ rəsmisi sözügedən açıqlama ilə həm də ölkəsinin yalnız öz maraqlarından çıxış etdiyini etiraf etmiş olur: "Yəni, Azərbaycanla münasibətlərin dayandırılması bu ölkənin maraqlarına cavab versəydi, bunu rahatlıqla edə bilərdilər. Yəni bunun üçün obyektiv səbəblər təqdim etməyə lüzum görməyəcəkdilər. Bu, təbii ki, məqbul olmayan yanaşmadır". Millət vəkili hesab edir ki, Azərbaycanla ABŞ arasında indiki şərtlər daxilində münasibətlərin kəsilməsi üçün heç bir əsas mövcud deyil. Eyni zamanda o qeyd edib ki, ABŞ-ın maraqlarına uyğun gəlmədiyi üçün Azərbaycanla münasibətlərinin davam etdirilməsinin vacibliyi ilə bağlı Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır: "Bu, ABŞ-ın təhlükəli siyasətinin göstəricisidir. Əgər bir alət kimi yararlıdırsa, ABŞ həmin müddətdə Ermənistanın bütün cinayətlərinə göz yuma bilər. ABŞ-ın bu yanaşması təkcə Cənubi Qafqaz regionu üçün deyil, qlobal miqyasda təhlükə yaradır. Ermənistan isə ABŞ kimi regiona təhlükəli formada nüfuz etməyə çalışan Qərb dairələrinin əlində alət olmaqda maraqlıdır". Elşad Mirbəşiroğlu Ceyms O'Brayenin gözlənilən səfərinə də münasibət bildirib: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231206/abs-in-kobudluq-ve-gucle-isteyine-nail-olmaq-siyaseti-bakida-ise-yaramadi---politoloq-461110998.html
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457332659_171:0:2902:2048_1920x0_80_0_0_e6fa66959582acf5cd02fc571a917496.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, ermənistan, region, azərbaycan, abş dövlət departamenti, millət vəkili, münasibətlər
abş, ermənistan, region, azərbaycan, abş dövlət departamenti, millət vəkili, münasibətlər
Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır - millət vəkili
Millət vəkili bildirib ki, Azərbaycan özünə qarı yönəlmiş qərəzli mövqelərə ilk gündən adekvat münasibət nümayiş etdirib.
BAKI, 6 dekabr — Sputnik. "Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir". Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
Qeyd edək ki, bu açıqlamadan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin (James O'Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacağı ilə məlumat yayılmışdı.
Sputnik Azərbaycan Metyu Millerin açıqlamasına və O'Brayenin səfərinə millət vəkili Elşad Mirbəşiroğlunun münasibətini öyrənib.
Millət vəkili bildirib ki, Azərbaycan özünə qarşı yönəlmiş qərəzli mövqelərə ilk gündən adekvat münasibət nümayiş etdirib:
"Son proseslərdə də ölkəmiz müstəqil, suveren siyasət yürütdüyünü, təzyiqlərin faydasız olduğunu nümayiş etdirdi. Bu, ABŞ üçün gözlənilməz idi. Çünki ABŞ bir qayda olaraq qeyri-bərabər hüquqlu münasibətlərə və əməkdaşlığa üstünlük verir. ABŞ-da hesab edilir ki, əməkdaşlıq ancaq onun patronajlığı altında həyata keçirilə bilər. Azərbaycanın bu yanaşmalara münasibəti ABŞ üçün "soyuq duş" effekti verdi. Bu baxımdan regionun ən güclü dövləti olan Azərbaycanla münasibətlərin kəskinləşməsi ABŞ-ın maraqlarına cavab vermir".
Elşad Mirbəşiroğlu başqa bir reallığa da diqqət çəkib. O qeyd edib ki, ABŞ rəsmisi sözügedən açıqlama ilə həm də ölkəsinin yalnız öz maraqlarından çıxış etdiyini etiraf etmiş olur:
"Yəni, Azərbaycanla münasibətlərin dayandırılması bu ölkənin maraqlarına cavab versəydi, bunu rahatlıqla edə bilərdilər. Yəni bunun üçün obyektiv səbəblər təqdim etməyə lüzum görməyəcəkdilər. Bu, təbii ki, məqbul olmayan yanaşmadır".
Millət vəkili hesab edir ki, Azərbaycanla ABŞ arasında indiki şərtlər daxilində münasibətlərin kəsilməsi üçün heç bir əsas mövcud deyil.
Eyni zamanda o qeyd edib ki, ABŞ-ın maraqlarına uyğun gəlmədiyi üçün Azərbaycanla münasibətlərinin davam etdirilməsinin vacibliyi ilə bağlı Ağ Ev rəsmisinin açıqlaması aşkar riyakarlıqdır:
"Bu, ABŞ-ın təhlükəli siyasətinin göstəricisidir. Əgər bir alət kimi yararlıdırsa, ABŞ həmin müddətdə Ermənistanın bütün cinayətlərinə göz yuma bilər. ABŞ-ın bu yanaşması təkcə Cənubi Qafqaz regionu üçün deyil, qlobal miqyasda təhlükə yaradır. Ermənistan isə ABŞ kimi regiona təhlükəli formada nüfuz etməyə çalışan Qərb dairələrinin əlində alət olmaqda maraqlıdır".
Elşad Mirbəşiroğlu Ceyms O'Brayenin gözlənilən səfərinə də münasibət bildirib:
"Bu səfər Azərbaycan və ABŞ arasında münasibətləri müzakirə etməyə hesablanıb. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də müzakirələrin predmeti olacaq. Ancaq bir sual var: ABŞ həqiqətən də regionda dayanıqlı sülhü və əməkdaşlığı dəstəkləyirmi? Hesab edirəm ki, bu sualın cavabı ABŞ-ın yanaşmaları ilə tanış olan hər kəsə bəllidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.