https://sputnik.az/20231205/turkiyede-inflyasiya-artib---kere-yagi-bahalasmada-liderdir-461066863.html
Türkiyədə inflyasiya artıb - Kərə yağı bahalaşmada liderdir
Türkiyədə inflyasiya artıb - Kərə yağı bahalaşmada liderdir
Sputnik Azərbaycan
Noyabr ayında ən çox qiymət artımı kərə yağının qiymətində qeydə alınıb. Bu məhsulun qiymətləri oktyabr ayı ilə müqayisədə 13,63 faiz bahalaşıb. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T10:01+0400
2023-12-05T10:01+0400
2023-12-05T10:01+0400
kərə yağı
iqtisadiyyat
faiz
qiymət
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458205529_0:159:3077:1890_1920x0_80_0_0_b2004a2391a255a4dcb2c02fd187cf1a.jpg
BAKI, 5 dekabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı noyabr ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb. Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, noyabrda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 61,98 faiz artıb. Aylıq artım isə 3,28 faiz olub. Oktyabrda Türkiyədə illik inflyasiya 61,36 faiz, aylıq inflyasiya 3,43 faiz təşkil etmişdi. Beləliklə, Türkiyədə noyabr ayında əvvəlki ayla müqayisədə illik inflyasiya sürətlənib. Qeyd edək ki, əvvəlki ilin müvafiq ayına nisbətən ən az artım göstərən əsas qrup 37,54 faiz ilə mənzil qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 92,86 faiz ilə restoran və otellər qiymətləri olub. Noyabrda əvvəlki aya nisbətən geyim və ayaqqabı 0,31 faiz ucuzlaşıb. Noyabr ayında ən çox qiymət artımı kərə yağının qiymətində qeydə alınıb. Bu məhsulun qiymətləri oktyabr ayı ilə müqayisədə 13,63 faiz bahalaşıb. Sonrakı yerlərdə 11,94 faiz artımla tərəvəz məhsulları, 10,3 faiz artımla siqaretlər gəlib. Mərkəzi Bank uçot dərəcəsini qaldırır Xatırladaq ki, Mərkəzi Bankın 2023-cü il üçün inflyasiya proqnozu 59-67 faiz arasındadır. Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırmağa davam edir. Mərkəzi Bankın məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək. Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı. Hazırda 1 dollar 28,90 lirədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458205529_173:0:2904:2048_1920x0_80_0_0_24dab0ab7f165924b4dc5569c8cfad2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kərə yağı, faiz, qiymət, türkiyə
kərə yağı, faiz, qiymət, türkiyə
Türkiyədə inflyasiya artıb - Kərə yağı bahalaşmada liderdir
Noyabr ayında ən çox qiymət artımı kərə yağının qiymətində qeydə alınıb. Bu məhsulun qiymətləri oktyabr ayı ilə müqayisədə 13,63 faiz bahalaşıb.
BAKI, 5 dekabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı noyabr ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb.
Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, noyabrda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 61,98 faiz artıb. Aylıq artım isə 3,28 faiz olub. Oktyabrda Türkiyədə illik inflyasiya 61,36 faiz, aylıq inflyasiya 3,43 faiz təşkil etmişdi. Beləliklə, Türkiyədə noyabr ayında əvvəlki ayla müqayisədə illik inflyasiya sürətlənib.
Qeyd edək ki, əvvəlki ilin müvafiq ayına nisbətən ən az artım göstərən əsas qrup 37,54 faiz ilə mənzil qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 92,86 faiz ilə restoran və otellər qiymətləri olub.
Noyabrda əvvəlki aya nisbətən geyim və ayaqqabı 0,31 faiz ucuzlaşıb.
Noyabr ayında ən çox qiymət artımı kərə yağının qiymətində qeydə alınıb. Bu məhsulun qiymətləri oktyabr ayı ilə müqayisədə 13,63 faiz bahalaşıb. Sonrakı yerlərdə 11,94 faiz artımla tərəvəz məhsulları, 10,3 faiz artımla siqaretlər gəlib.
Mərkəzi Bank uçot dərəcəsini qaldırır
Xatırladaq ki, Mərkəzi Bankın 2023-cü il üçün inflyasiya proqnozu 59-67 faiz arasındadır.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırmağa davam edir. Mərkəzi Bankın məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək.
Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı.
Hazırda 1 dollar 28,90 lirədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.