https://sputnik.az/20231205/turkiye-azerbaycana-daim-destek-olacaq---zefer-sirakaya-461085309.html
Türkiyə Azərbaycana daim dəstək olacaq - Zəfər Sırakaya
Türkiyə Azərbaycana daim dəstək olacaq - Zəfər Sırakaya
Sputnik Azərbaycan
Beynəlxalq ictimaiyyət didərgin salınmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün birgə işləməlidir. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T14:28+0400
2023-12-05T14:28+0400
2023-12-05T14:40+0400
türkiyə
siyasət
azərbaycan
tbmm
tbmm
qarabağ
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458210090_0:121:3212:1928_1920x0_80_0_0_bbb34bea063a6a628c9080bedb7afd6f.jpg
BAKI, 5 dekabr — Sputnik. "Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq". Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət didərgin salınmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün birgə işləməlidir: "Beynəlxalq təşkilatların və cəmiyyətin bu prosesdə iştirakı zəruridir. Ona görə də diplomatik addımlar və vasitəçilik səyləri davam etməlidir. Hətta Azərbaycan Qarabağda olan ermənilərə bölgəni tərk etməmələri üçün çağırış edirdi. Çünki onlara bərabərhüquqlu vətəndaş olmalarını təklif etmişdi. Nəticədə Azərbaycana qarşı Ermənistanda olan müəyyən qruplar, həmçinin erməni diasporu və bəzi Qərb ölkələri Azərbaycan əleyhinə kampaniya apardı. Həmin dairələr bu gün insan hüquqlarının təmin edilməsindən danışırlar. Ancaq vaxtilə azərbaycanlıların hüquqları tapdalananda buna göz yummuşdular". Z.Sarıkaya Azərbaycanın Qarabağda apardığı quruculuq işlərindən və qayıdışdan da söz açıb: "Təxminən 5 min azərbaycanlı yurduna qayıdıb. Bu ilin sonunadək sayın 6500-ə çatacağı gözlənilir". TBMM rəsmisi Türkiyənin sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacağını da vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458210090_241:0:2972:2048_1920x0_80_0_0_e18c43e207af328344d886c970b6b4aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, azərbaycan, tbmm, tbmm, qarabağ, qarabağ
türkiyə, azərbaycan, tbmm, tbmm, qarabağ, qarabağ
Türkiyə Azərbaycana daim dəstək olacaq - Zəfər Sırakaya
14:28 05.12.2023 (Yenilənib: 14:40 05.12.2023) Beynəlxalq ictimaiyyət didərgin salınmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün birgə işləməlidir.
BAKI, 5 dekabr — Sputnik. "Türkiyə sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacaq".
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət didərgin salınmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurdlarına qayıtması üçün birgə işləməlidir: "Beynəlxalq təşkilatların və cəmiyyətin bu prosesdə iştirakı zəruridir. Ona görə də diplomatik addımlar və vasitəçilik səyləri davam etməlidir. Hətta Azərbaycan Qarabağda olan ermənilərə bölgəni tərk etməmələri üçün çağırış edirdi. Çünki onlara bərabərhüquqlu vətəndaş olmalarını təklif etmişdi. Nəticədə Azərbaycana qarşı Ermənistanda olan müəyyən qruplar, həmçinin erməni diasporu və bəzi Qərb ölkələri Azərbaycan əleyhinə kampaniya apardı. Həmin dairələr bu gün insan hüquqlarının təmin edilməsindən danışırlar. Ancaq vaxtilə azərbaycanlıların hüquqları tapdalananda buna göz yummuşdular".
Z.Sarıkaya Azərbaycanın Qarabağda apardığı quruculuq işlərindən və qayıdışdan da söz açıb: "Təxminən 5 min azərbaycanlı yurduna qayıdıb. Bu ilin sonunadək sayın 6500-ə çatacağı gözlənilir".
TBMM rəsmisi Türkiyənin sülh və normallaşma prosesində Azərbaycana daim dəstək olacağını da vurğulayıb.