https://sputnik.az/20231205/sosial-mudafie-fondunun-gelenilki-budcesi-qebul-edildi-461088659.html
Sosial müdafiə fondunun gələnilki büdcəsi qəbul edildi
Sosial müdafiə fondunun gələnilki büdcəsi qəbul edildi
Sputnik Azərbaycan
Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı... 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T13:34+0400
2023-12-05T13:34+0400
2023-12-05T13:46+0400
büdcə
iqtisadiyyat
dövlət sosial müdafiə fondu
milli məclis
milli məclis
manat
https://cdnn1.img.sputnik.az/img/41327/40/413274048_0:0:2000:1125_1920x0_80_0_0_3c26a6e4292e91ac96d8c2098de59be0.jpg
BAKI, 5 dekabr - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,9 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur: "Fondun gəlirlərinin 5,2 milyard manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 10,5%, yaxud 504,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək". Komitə sədri qeyd edib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq. M.Quliyev qeyd edib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6,6 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6,5 milyard manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır: "Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır". Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41327/40/413274048_155:0:1862:1280_1920x0_80_0_0_bd0446705ae8f4b0da05c1339e5ff4f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, dövlət sosial müdafiə fondu, milli məclis, milli məclis, manat
büdcə, dövlət sosial müdafiə fondu, milli məclis, milli məclis, manat
Sosial müdafiə fondunun gələnilki büdcəsi qəbul edildi
13:34 05.12.2023 (Yenilənib: 13:46 05.12.2023) Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır.
BAKI, 5 dekabr - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,9 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur:
"Fondun gəlirlərinin 5,2 milyard manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 10,5%, yaxud 504,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 64,0%-i qeyri-büdcə sektorunun, 36,0%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək".
Komitə sədri qeyd edib ki, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq.
M.Quliyev qeyd edib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6,6 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6,5 milyard manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür.
Bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır:
"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır".
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.