https://sputnik.az/20231205/rossiya-seqodnya-ve-sinxua-2024-cu-ilde-brks-ekspert-forumunu-teskil-edecek-461084717.html
"Rossiya Seqodnya" və "Sinxua" 2024-cü ildə BRİKS ekspert forumunu təşkil edəcək
"Rossiya Seqodnya" və "Sinxua" 2024-cü ildə BRİKS ekspert forumunu təşkil edəcək
Sputnik Azərbaycan
Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının... 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T12:45+0400
2023-12-05T12:45+0400
2023-12-05T12:46+0400
"rossiya seqodnya" bia
dünya xəbərləri
sinxua agentliyi
sinxua
briks
ekspert
forum
dmitri kiselyov
dmitri kiselyov
https://cdnn1.img.sputnik.az/img/42064/17/420641721_0:0:3435:1932_1920x0_80_0_0_d6527481b1913d24eb6b822c0b4ebaef.jpg
BAKI, 5 dekabr — Sputnik. "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov və Çinin Sinxua xəbər agentliyinin baş redaktoru Lu Yanson gələn il Sankt-Peterburqda keçiriləcək Peterburq İqtisadi Forumu çərçivəsində BRİKS ölkələrinin ekspert forumunun keçirilməsinə dair memorandum imzalayıblar. İmzalanma Kiselyovun Çinə səfəri və Yunnan əyalətinin Kunmin şəhərində keçirilən Ümumdünya Media Sammitində iştirakı zamanı baş tutub. Ekspert forumunun Rusiyanın BRİKS-ə sədrliyi çərçivəsində 2024-cü ildə keçirilməsi planlaşdırılır ki, bu, Rusiya Federasiyasının və Çinin iki ən böyük media qurumunun geniş informasiya əhatəsinə malik genişmiqyaslı tədbirinə çevrilməlidir. Kiselyov media sammitinin açılışındakı çıxışında Rusiyanın təklif etdiyi çoxqütblü dünya nizamının yeni konsepsiyası, digər ölkələrin ona reaksiyası və XHƏ-nin səbəblərindən danışıb. Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının fəaliyyətini dəstəkləməyə hazırdır. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Avqustda keçirilən Yohannesburq sammitində Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanının 2024-cü il yanvarın 1-dən təşkilata tamhüquqlu üzv olmağa dəvət edilməsi barədə qərar elan edilib. May ayında Belarus assosiasiyaya qəbul olunmaq xahişi ilə BRİKS üzvlərinə müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42064/17/420641721_0:0:2731:2048_1920x0_80_0_0_2c7a418b8f0e1f90efbb3510f0d5b0b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"rossiya seqodnya" bia, sinxua agentliyi, sinxua, briks , ekspert, forum, dmitri kiselyov, dmitri kiselyov
"rossiya seqodnya" bia, sinxua agentliyi, sinxua, briks , ekspert, forum, dmitri kiselyov, dmitri kiselyov
"Rossiya Seqodnya" və "Sinxua" 2024-cü ildə BRİKS ekspert forumunu təşkil edəcək
12:45 05.12.2023 (Yenilənib: 12:46 05.12.2023) Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının fəaliyyətini dəstəkləməyə hazırdır.
BAKI, 5 dekabr — Sputnik. "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov və Çinin Sinxua xəbər agentliyinin baş redaktoru Lu Yanson gələn il Sankt-Peterburqda keçiriləcək Peterburq İqtisadi Forumu çərçivəsində BRİKS ölkələrinin ekspert forumunun keçirilməsinə dair memorandum imzalayıblar. İmzalanma Kiselyovun Çinə səfəri və Yunnan əyalətinin Kunmin şəhərində keçirilən Ümumdünya Media Sammitində iştirakı zamanı baş tutub.
Ekspert forumunun Rusiyanın BRİKS-ə sədrliyi çərçivəsində 2024-cü ildə keçirilməsi planlaşdırılır ki, bu, Rusiya Federasiyasının və Çinin iki ən böyük media qurumunun geniş informasiya əhatəsinə malik genişmiqyaslı tədbirinə çevrilməlidir.
Kiselyov media sammitinin açılışındakı çıxışında Rusiyanın təklif etdiyi çoxqütblü dünya nizamının yeni konsepsiyası, digər ölkələrin ona reaksiyası və XHƏ-nin səbəblərindən danışıb.
Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının fəaliyyətini dəstəkləməyə hazırdır.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Avqustda keçirilən Yohannesburq sammitində Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanının 2024-cü il yanvarın 1-dən təşkilata tamhüquqlu üzv olmağa dəvət edilməsi barədə qərar elan edilib. May ayında Belarus assosiasiyaya qəbul olunmaq xahişi ilə BRİKS üzvlərinə müraciət edib.