SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov və Bayramovun müzakirə etdiyi məsələlər açıqlandı

© Photo : MFA AzerbaijanLavrov və Bayramov
Lavrov və Bayramov - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən "Xəzər beşliyi" çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 5 dekabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.
"Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib", - deyə məlumatda bildirilir.
Ruisya XİN bildirib ki, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edib. "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq Qarşlıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib", - nazirlik əlavə edib.
"Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən "Xəzər beşliyi" çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Görüş Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Moskvada keçirilən iclası çərçivəsində baş tutub.
Xəbər lenti
0