https://sputnik.az/20231205/ermenistan-qerbi-azerbaycanlilarla-barisiq-ucun-real-addimlar-atmaga-cagirildi-461082876.html
Ermənistan Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıldı
Ermənistan Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıldı
Sputnik Azərbaycan
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir, tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T10:42+0400
2023-12-05T10:42+0400
2023-12-05T11:02+0400
azərbaycan xəbərləri
qərbi azərbaycan
qərbi azərbaycan icması
konfrans
beynəlxalq konfrans
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460111115_0:56:924:575_1920x0_80_0_0_f266bfd2dc687c061a517bea8678d2ae.jpg
BAKI, 5 dekabr - Sputnik. “Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir: “Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır. Biz öz məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır”.İcma sədri qeyd edib ki, biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən icmayıq: “Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Qayıdış məsələsi üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.“Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan dünyanın müxtəlif bölgələrində müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Eləcə də, Azərbaycan hökuməti beynəlxalq humanitar problemlərin həllinə əhəmiyyətli ölçüdə töhfə verir. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış tolerantlığın göstəricisidir” - Ə.Ələkbərli vurğulayıb.***Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans başlayıb.Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.Beynəlxalq konfransda Qərbi azərbaycanlıların ata-baba yurdlarına təhlükəsiz, sülh şəraitində və ləyaqətlə qayıdışı məsələləri müzakirə olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460111115_41:0:881:630_1920x0_80_0_0_90d8ea8221d7028c111ca88dac838a43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərbi azərbaycan, qərbi azərbaycan icması, konfrans, beynəlxalq konfrans
qərbi azərbaycan, qərbi azərbaycan icması, konfrans, beynəlxalq konfrans
Ermənistan Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıldı
10:42 05.12.2023 (Yenilənib: 11:02 05.12.2023) Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir, tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.
BAKI, 5 dekabr - Sputnik. “Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir: “Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır. Biz öz məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır”.
İcma sədri qeyd edib ki, biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən icmayıq: “Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Qayıdış məsələsi üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.
“Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan dünyanın müxtəlif bölgələrində müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Eləcə də, Azərbaycan hökuməti beynəlxalq humanitar problemlərin həllinə əhəmiyyətli ölçüdə töhfə verir. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış tolerantlığın göstəricisidir” - Ə.Ələkbərli vurğulayıb.
Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans başlayıb.
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə 30 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.
Beynəlxalq konfransda Qərbi azərbaycanlıların ata-baba yurdlarına təhlükəsiz, sülh şəraitində və ləyaqətlə qayıdışı məsələləri müzakirə olunacaq.