https://sputnik.az/20231205/azerbaycan-ve-rusiya-arasinda-ticaret-dovriyyesinin-top-5-istiqameti-461054143.html
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin TOP-5 istiqaməti
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin TOP-5 istiqaməti
Sputnik Azərbaycan
Bu ilin doqquz ayı ərzində Azərbaycandan Rusiyaya 332 milyon dollardan çox məbləğdə aqrar-sənaye kompleksi məhsulları tədarük edilib. 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T11:00+0400
2023-12-05T11:00+0400
2023-12-05T11:00+0400
rusiya
infoqrafika
azərbaycan
ixrac
dollar
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444357566_0:0:268:152_1920x0_80_0_0_545e96019a5145ecf2112bdc4c4383e4.png
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına görə ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 3,4 milyard dollara çatıb. Hesabat dövründə Azərbaycanın Rusiya Federasiyasına ixracı 33,6% artaraq 961 milyon dollar təşkil edib. Azərnbaycanın ixracında Rusiyanın payı ümumi tədarükün 3,27%-ni təşkil edib.Eyni zamanda Azərbaycanın Rusiyadan idxalı qeyd olunan dövrdə 15,5% artaraq 2,4 milyard dollara çatıb, Rusiya mallarının ölkəyə ümumi tədarükdə payı isə 17,5% təşkil edib. Azərbaycanın Rusiyaya ixracının əsas maddəsi kənd təsərrüfatı məhsulları - pomidor, alma, ərik, digər tərəvəz və meyvələrin tədarüküdür. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin doqquz ayı ərzində Azərbaycandan Rusiyaya 332 milyon dollardan çox məbləğdə aqrar-sənaye kompleksi məhsulları da tədarük edilib.Bundan əlavə, göstərilən dövrdə qonşu ölkəyə 55,5 milyon dollar dəyərində təbii qaz ixrac edilib. Eyni zamanda, Rusiya doqquz ay ərzində Azərbaycana 560 milyon dollarlıq neft və neft məhsulları, 143 milyon dollardan çox məbləğdə təbii qaz tədarük edib. Bundan əlavə, Azərbaycan Rusiyadan 140 milyon dollar dəyərində taxta və armatur idxal edib. Rusiyanın Azərbaycana ixracının mühüm maddəsi həm də ərzaq - 170 milyon dollara tədarük edilən taxıl və günəbaxan yağı (35 milyon dollar) olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444357542_0:0:269:202_1920x0_80_0_0_512b4744b6b7af157f26728f5b6d7784.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, инфографика, azərbaycan, ixrac, dollar
rusiya, инфографика, azərbaycan, ixrac, dollar
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin TOP-5 istiqaməti
Bu ilin doqquz ayı ərzində Azərbaycandan Rusiyaya 332 milyon dollardan çox məbləğdə aqrar-sənaye kompleksi məhsulları tədarük edilib.
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin yanvar-oktyabr aylarının yekunlarına görə ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 3,4 milyard dollara çatıb.
Hesabat dövründə Azərbaycanın Rusiya Federasiyasına ixracı 33,6% artaraq 961 milyon dollar təşkil edib. Azərnbaycanın ixracında Rusiyanın payı ümumi tədarükün 3,27%-ni təşkil edib.
Eyni zamanda Azərbaycanın Rusiyadan idxalı qeyd olunan dövrdə 15,5% artaraq 2,4 milyard dollara çatıb, Rusiya mallarının ölkəyə ümumi tədarükdə payı isə 17,5% təşkil edib.
Azərbaycanın Rusiyaya ixracının əsas maddəsi kənd təsərrüfatı məhsulları - pomidor, alma, ərik, digər tərəvəz və meyvələrin tədarüküdür.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin doqquz ayı ərzində Azərbaycandan Rusiyaya 332 milyon dollardan çox məbləğdə aqrar-sənaye kompleksi məhsulları da tədarük edilib.
Bundan əlavə, göstərilən dövrdə qonşu ölkəyə 55,5 milyon dollar dəyərində təbii qaz ixrac edilib. Eyni zamanda, Rusiya doqquz ay ərzində Azərbaycana 560 milyon dollarlıq neft və neft məhsulları, 143 milyon dollardan çox məbləğdə təbii qaz tədarük edib.
Bundan əlavə, Azərbaycan Rusiyadan 140 milyon dollar dəyərində taxta və armatur idxal edib. Rusiyanın Azərbaycana ixracının mühüm maddəsi həm də ərzaq - 170 milyon dollara tədarük edilən taxıl və günəbaxan yağı (35 milyon dollar) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.