https://sputnik.az/20231205/2024-cu-ilin-dovlet-budcesi-sonuncu-oxunusda-qebul-edildi-461086171.html
2024-cü ilin dövlət büdcəsi sonuncu oxunuşda qəbul edildi
2024-cü ilin dövlət büdcəsi sonuncu oxunuşda qəbul edildi
Sputnik Azərbaycan
“2024-cü il üçün dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat... 05.12.2023, Sputnik Azərbaycan
2023-12-05T12:03+0400
2023-12-05T12:03+0400
2023-12-05T12:05+0400
büdcə
azərbaycan xəbərləri
dövlət büdcəsi
milli məclis
qanun
qanun layihəsi
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 5 dekabr - Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, deputatlar sənədi konseptual baxımdan dəstəkləyərək, bir sıra təkliflər səsləndiriblər. Təqdim olunan makroçərçivənin iqtisadi imkanlara uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanının yaradılacağını qeyd ediblər. Komitə sədri diqqətə çatdırıb ki, “2024-cü il üçün dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat nəzərdə tutulub. Növbəti ildə neftin 1 barelinin orta illik qiymətinin baza ssenarisi əsasında 60 ABŞ dolları olacağı, ümumi daxili məhsulun (ÜDM) real artım tempinin 2,4%, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinin 4,6%, inflyasiyanın orta illik göstəricisinin 5,3%, orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır. Qeyd edilib ki, dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsi ilə təmin olunan gəlirlərinin proqnozu 15,8 milyard manat nəzərdə tutulub. Gəlirlərin 49,8 %-i qeyri-neft-qaz sektorundan, 50,2 %-i isə neft sektorundan gələn gəlirlər hesabına formalaşacaq. Bildirilib ki, büdcə layihəsində sosialyönümlü xərclər 1 milyard 34,5 milyon manat artırılaraq, 15 milyard 772,9 milyon manata və ya dövlət büdcə xərclərinin 42,9 %-nə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin məskunlaşmasına şəraitin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclərin 9 milyard 377,7 milyon manata, təhsil xərclərinin 4 milyard 549,9 milyon manata, səhiyyə xərclərinin 1 milyard 871 milyon manata çatdırılması nəzərdə tutulub. Əməyin ödənişi xərcləri 9 milyard 7,2 milyon manat təşkil edəcək. Ərzaq təhlükəsizliyi tədbirləri üçün 502,9 milyon manat, su ehtiyatları və su idarəedilməsi üçün 507,1 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri üçün 546,2 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, инфографика, dövlət büdcəsi, milli məclis, qanun, qanun layihəsi
büdcə, инфографика, dövlət büdcəsi, milli məclis, qanun, qanun layihəsi
2024-cü ilin dövlət büdcəsi sonuncu oxunuşda qəbul edildi
12:03 05.12.2023 (Yenilənib: 12:05 05.12.2023) “2024-cü il üçün dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat nəzərdə tutulub.
BAKI, 5 dekabr - Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, deputatlar sənədi konseptual baxımdan dəstəkləyərək, bir sıra təkliflər səsləndiriblər. Təqdim olunan makroçərçivənin iqtisadi imkanlara uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanının yaradılacağını qeyd ediblər.
Komitə sədri diqqətə çatdırıb ki, “2024-cü il üçün dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat nəzərdə tutulub. Növbəti ildə neftin 1 barelinin orta illik qiymətinin baza ssenarisi əsasında 60 ABŞ dolları olacağı, ümumi daxili məhsulun (ÜDM) real artım tempinin 2,4%, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinin 4,6%, inflyasiyanın orta illik göstəricisinin 5,3%, orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsi ilə təmin olunan gəlirlərinin proqnozu 15,8 milyard manat nəzərdə tutulub. Gəlirlərin 49,8 %-i qeyri-neft-qaz sektorundan, 50,2 %-i isə neft sektorundan gələn gəlirlər hesabına formalaşacaq.
Bildirilib ki, büdcə layihəsində sosialyönümlü xərclər 1 milyard 34,5 milyon manat artırılaraq, 15 milyard 772,9 milyon manata və ya dövlət büdcə xərclərinin 42,9 %-nə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin məskunlaşmasına şəraitin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclərin 9 milyard 377,7 milyon manata, təhsil xərclərinin 4 milyard 549,9 milyon manata, səhiyyə xərclərinin 1 milyard 871 milyon manata çatdırılması nəzərdə tutulub. Əməyin ödənişi xərcləri 9 milyard 7,2 milyon manat təşkil edəcək. Ərzaq təhlükəsizliyi tədbirləri üçün 502,9 milyon manat, su ehtiyatları və su idarəedilməsi üçün 507,1 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri üçün 546,2 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.