https://sputnik.az/20231204/xn-randa-cadirda-qalan-azerbaycanli-aile-ile-bagi-melumat-yaydi-461056646.html
XİN İranda çadırda qalan azərbaycanlı ailə ilə bağı məlumat yaydı
XİN İranda çadırda qalan azərbaycanlı ailə ilə bağı məlumat yaydı
Sputnik Azərbaycan
Sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər. 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T13:37+0400
2023-12-04T13:37+0400
2023-12-04T13:37+0400
xin
cəmiyyət
ailə
iran
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460060_0:103:2000:1228_1920x0_80_0_0_1ea4d6f1247997f5fc3eeec750107b30.jpg
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Şahgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər. Qeyd edək ki, bir sıra "Telegram" kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Şahgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Şahgölü parkına gediblər.Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Şahgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Şahgölü parkından konsulluğa aparıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460060_114:0:1887:1330_1920x0_80_0_0_0b5d1ebf58ee0917f048428f2f9f60aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, ailə, iran
XİN İranda çadırda qalan azərbaycanlı ailə ilə bağı məlumat yaydı
Sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Şahgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.
Qeyd edək ki, bir sıra "Telegram" kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Şahgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Şahgölü parkına gediblər.
Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Şahgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Şahgölü parkından konsulluğa aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.