https://sputnik.az/20231204/xezeryani-olkelerin-xn-rehberleri-moskvaya-niye-yigisir-461070531.html
Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvaya niyə yığışır?
Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvaya niyə yığışır?
Sputnik Azərbaycan
Politoloq bildirib ki, müzakirə olunacaq konvensiyanın ən vacib müddəalarından biri kənar qüvvələrin regionda təmsil olunmaması ilə bağlıdır. 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T17:23+0400
2023-12-04T17:23+0400
2023-12-04T19:32+0400
təhlil
politoloq
ilqar vəlizadə
xəzəryanı
qüvvə
region
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053396_0:180:2730:1717_1920x0_80_0_0_1756d2e8a6c9c40a645fb0b8bf2e9ca5.jpg
BAKI, 4 dekabr — Sputnik. Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur. İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir. Nazirlərin Moskva görüşü ilə bağlı Sputnik Azərbaycana-a danışan politoloq İlqar Vəlizadə iclasda müzakirə olunacaq əsas məsələnin Xəzər dənizi ilə bağlı Xəzəryanı ölkələr arasında qəbul edilmiş konvensiyanın icrası ilə bağlı olduğunu güman edir. Politoloq qeyd edir ki, konvensiya qəbul olunsa da, o hələ qüvvəyə minməyib:İ.Vəlizadənin qənaətinə görə, konvensiyanın müddəalarını olduğu kimi tətbiq etmək olduqca çətin olacaq:Ekspert həmçinin qeyd edir ki, müxtəlif tərəflər Azərbaycan vasitəsilə Türkiyə və İsrailin Xəzər regionuna gələ biləcəyindən narahatlıqlarını ifadə edirdilər. Ancaq Azərbaycan tərəfi konvesiyanı ratifikasiya etdiyi üçün bu cür iddialar əsassızdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231203/rusiya-xezersahili-dovletlerin-xarici-isler-nazirlerinin-gorusunu-cagirib-461044057.html
xəzəryanı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053396_0:0:2730:2048_1920x0_80_0_0_9dbaa4708e87c89cf419702fd94c5abb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, ilqar vəlizadə, xəzəryanı, qüvvə, region
politoloq, ilqar vəlizadə, xəzəryanı, qüvvə, region
Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvaya niyə yığışır?
17:23 04.12.2023 (Yenilənib: 19:32 04.12.2023) Politoloq bildirib ki, müzakirə olunacaq konvensiyanın ən vacib müddəalarından biri kənar qüvvələrin regionda təmsil olunmaması ilə bağlıdır.
BAKI, 4 dekabr — Sputnik. Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək.
Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur. İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.
Nazirlərin Moskva görüşü ilə bağlı Sputnik Azərbaycana-a danışan politoloq İlqar Vəlizadə iclasda müzakirə olunacaq əsas məsələnin Xəzər dənizi ilə bağlı Xəzəryanı ölkələr arasında qəbul edilmiş konvensiyanın icrası ilə bağlı olduğunu güman edir.
Politoloq qeyd edir ki, konvensiya qəbul olunsa da, o hələ qüvvəyə minməyib:
"Xəzəryanı ölkələrdən 4-ü bu konvensiyanı ratifikasiya etsə də, İran bu prosesi başa çatdırmayıb. Yaranmış geosiyasi turbulentlik vəziyyətində bu, müəyyən problemlər yaradır. Mövcud şərait müəyyən xarici qüvvələrin regiona müdaxiləsinə rəvac verir. Bu baxımdan Rusiya İranın konvensiyanı ratifikasiya etməsini istəyir. Konvensiyanın ən vacib müddəalarından biri kənar qüvvələrin regionda təmsil olunmaması ilə bağlıdır. Heç bir Xəzəryanı ölkə bu müddəanı pozmaqda maraqlı deyil".
İ.Vəlizadənin qənaətinə görə, konvensiyanın müddəalarını olduğu kimi tətbiq etmək olduqca çətin olacaq:
"Xəzəryanı ölkələr Türkiyə ilə əməkdaşlıq edir. belə ki, Qazaxıstan, Özbəkistan Türkiyənin lisenziyası əsasında katerlər, gəmilər istehsal edirlər".
Ekspert həmçinin qeyd edir ki, müxtəlif tərəflər Azərbaycan vasitəsilə Türkiyə və İsrailin Xəzər regionuna gələ biləcəyindən narahatlıqlarını ifadə edirdilər. Ancaq Azərbaycan tərəfi konvesiyanı ratifikasiya etdiyi üçün bu cür iddialar əsassızdır.
"Xatırladım ki, 2010-cu ildə Bakıda keçirilən Xəzəryanı ölkələrin sammitində həmin məsələ gündəliyin əsasını təşkil edirdi. O vaxt Azərbaycanın təklifi ilə qeyri-regional qüvvələrin Xəzər dənizində təmsil olunmaması ilə bağlı müddəa yekun sənəddə əksini tapmışdı. Bu baxımdan Azərbaycanla bağlı səsləndirilən iddialar spekulyativ xarakter daşıyır", - deyə politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.