DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Suriyadakı hərbi müşavirlərinə qarşı addımları cavabsız qoymayacaq - XİN

© AP Photo / Iranian Foreign Ministryİran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Dekabrın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada iki hərbi məsləhətçisinin həlak olduğunu bildirib.
BAKI, 4 dekabr — Sputnik. İran Suriyadakı İran hərbi müşavirlərinə qarşı yönəlmiş heç bir fəaliyyəti cavabsız qoymayacaq. Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
Dekabrın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada iki hərbi məsləhətçisinin həlak olduğunu bildirib.
Bu, İsrail və Fələstin arasında oktyabrın 7-də başlayan münaqişədən sonra İİKK üzvləri arasında itkilərlə bağlı ilk rəsmi açıqlamadır.

"Hərbi müşavirlərimizin maraqlarına və təhlükəsizliyinə qarşı heç bir hərəkət cavabsız qalmayacaq; bizim artıq belə vəziyyətlərdə təcrübəmiz var", - deyə IRNA Kənanidən sitat gətirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0