https://sputnik.az/20231204/qaxda-qizilcaya-yoluxma---gem-rehberi-son-durumu-aciqladi-461051817.html
Qaxda qızılcaya yoluxma - GEM rəhbəri son durumu açıqladı
Qaxda qızılcaya yoluxma - GEM rəhbəri son durumu açıqladı
Sputnik Azərbaycan
Şəbnəm Qumuxova deyib ki, qızılcaya yoluxanlar arasında böyük əhali qrupuna aid sakinlər də var. 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T10:31+0400
2023-12-04T10:31+0400
2023-12-04T10:31+0400
səhiyyə
qızılca
qax
azyaşlı
respublika gigiyena və epidemiologiya mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461021934_0:111:2121:1304_1920x0_80_0_0_4e4f3507342ea0f15c30972baf5d8d2b.jpg
BAKI, 4 dekabr — Sputnik. Qaxda iki nəfərin qızılca xəstəliyinə yoluxduğuna dair məlumat yayılıb. Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, rayonun Qapıçay kənd sakini olan 13 yaşlı qız və rayonun Qarabaldır kənd sakini olan 5 yaşlı oğlan qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə daxil olub. Hazırda hər iki xəstənin müalicəsi xəstəxanada davam etdirilir.Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi Şəbnəm Qumuxova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azyaşlıların qızılcaya yoluxması ilə bağlı RGEM-ə məlumat daxil olmayıb.Qeyd edək ki, şənbə günü Qobustanda iki yaşlı azyaşlı qızılcanın qurbanı olub. Bununla da son günlər ölkədə qızılcadan ölən uşaqların sayı 4 nəfərə çatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461021934_118:0:2003:1414_1920x0_80_0_0_998add98cbea66b2ba612c0647d67aae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, qax, azyaşlı, respublika gigiyena və epidemiologiya mərkəzi
qızılca, qax, azyaşlı, respublika gigiyena və epidemiologiya mərkəzi
Qaxda qızılcaya yoluxma - GEM rəhbəri son durumu açıqladı
Şəbnəm Qumuxova deyib ki, qızılcaya yoluxanlar arasında böyük əhali qrupuna aid sakinlər də var.
BAKI, 4 dekabr — Sputnik. Qaxda iki nəfərin qızılca xəstəliyinə yoluxduğuna dair məlumat yayılıb. Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, rayonun Qapıçay kənd sakini olan 13 yaşlı qız və rayonun Qarabaldır kənd sakini olan 5 yaşlı oğlan qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə daxil olub. Hazırda hər iki xəstənin müalicəsi xəstəxanada davam etdirilir.
Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi Şəbnəm Qumuxova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azyaşlıların qızılcaya yoluxması ilə bağlı RGEM-ə məlumat daxil olmayıb.
"Bizə ancaq bir nəfər böyük yaşlı əhali qrupuna aid sakinin qızılcaya yoluxduğuna dair məlumat daxil olub. Həmin şəxs Qaxın Tasmalı kənd sakinidir", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, şənbə günü Qobustanda iki yaşlı azyaşlı qızılcanın qurbanı olub. Bununla da son günlər ölkədə qızılcadan ölən uşaqların sayı 4 nəfərə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.