https://sputnik.az/20231204/prezident-lham-eliyev-ferman-imzalayib-461063202.html
Azərbaycanla Çin arasında bu memorandum təsdiq olundu
Azərbaycanla Çin arasında bu memorandum təsdiq olundu
Sputnik Azərbaycan
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq... 04.12.2023, Sputnik Azərbaycan
2023-12-04T14:51+0400
2023-12-04T14:51+0400
2023-12-04T14:52+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
fərman
memorandum
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_38:0:1000:541_1920x0_80_0_0_3197c4b3f05d030a0c3db265f9b47583.jpg
BAKI, 4 dekabr — Sputnik. 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən, bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.Xatırladaq ki, bu il oktyabrın 18-də Pekində "Bir Kəmər - Bir Yol" Təşəbbüsü çərçivəsində Beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forum açılıb. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edib.Azərbaycan energetika naziri Pərviz Şahbazov forumda “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxış edib. Nazir ötən il ticarət dövriyyəsinin 21 faiz, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 faiz artması və ölkəsində 200-dən çox Çin şirkətinin fəaliyyətini qeyd edib.Səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40810/87/408108778_279:0:1000:541_1920x0_80_0_0_c9943b516ea6e84ed13b3ab58f497b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, fərman, memorandum
prezident ilham əliyev, fərman, memorandum
Azərbaycanla Çin arasında bu memorandum təsdiq olundu
14:51 04.12.2023 (Yenilənib: 14:52 04.12.2023) Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.
BAKI, 4 dekabr — Sputnik. 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.
Xatırladaq ki, bu il oktyabrın 18-də Pekində "Bir Kəmər - Bir Yol" Təşəbbüsü çərçivəsində Beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forum açılıb. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Azərbaycan energetika naziri Pərviz Şahbazov forumda “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxış edib. Nazir ötən il ticarət dövriyyəsinin 21 faiz, Çindən Azərbaycan üzərindən qərb və əks istiqamətlərdə tranzit daşımalarının həcminin 60 faiz artması və ölkəsində 200-dən çox Çin şirkətinin fəaliyyətini qeyd edib.
Səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.