CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Laçında silah-sursat aşkarlanıb

© AR Ministry of Internal AffairsAşkar edilən silah-sursat, arxiv şəkli
Aşkar edilən silah-sursat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Rayon Polis Ṣöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatlar aşkar edərək götürüb.
BAKI, 4 dekabr — Sputnik. Laçın rayonunda 4 avtomat, 5 tapança aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Rayon Polis Ṣöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatlar aşkar edərək götürüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir ki, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib:

"Bununla belə, daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0