DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kissincer ölməmişdən qabaq Fələstini xəritədən silməyi təklif edib

© Sputnik / Алексей Никольский / Mediabanka keçidHenri Kissincer
Henri Kissincer - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
O qeyd edib ki, İsrail-Fələstin münaqişəsində formal sülh uzunmüddətli təhlükəsizliyə zəmanət verməyəcək və HƏMAS iki dövlətli həllin çətin olacağını nümayiş etdirir.
BAKI, 4 dekabr - Sputnik. Noyabrın 29-da 100 yaşında vəfat edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer son müsahibələrinin birində Fələstini yaratmağı deyil, İordan çayının qərb sahilini İordaniyanın nəzarətinə keçirməyi təklif edib. Bu barədə “Politico” jurnalı məlumat yayıb.
O qeyd edib ki, İsrail-Fələstin münaqişəsində formal sülh uzunmüddətli təhlükəsizliyə zəmanət verməyəcək və iki dövlətli həllin çətinliyini Fələstin yaraqlıları - HƏMAS-ın meydana çıxması nümayiş etdirir.
“İki dövlətli həllin mümkünlüyünü sınamaq üçün İsrailin keçmiş baş naziri Ariel Şaron Qəzzanı kvazi müstəqil elan etdi. Əslində bu, daha mürəkkəb vəziyyətə gətirib çıxardı” - Kissincer bildirib.
Onun fikrincə, İordaniyanın qərb sahili “İsraili devirmək əzmində olan iki ərazidən birini tərk edəcək iki dövlətli həll yolu axtarmaq əvəzinə” İordaniyaya təhvil verilməlidir.
“Ümid edirəm ki, sonda Yom Kippur müharibəsinin sonunda (1973-cü ilin oktyabrında) rəhbərlik etmək şərəfinə nail olduğum danışıqlar təkrarlanacaq. O zaman ətrafdakı güclərə münasibətdə İsrail daha güclü idi. Bu gün münaqişənin davam etməməsi üçün Amerikanın daha çox iştirakı tələb olunur” - Kissincer bildirib.
Qeyd edək ki, bir sıra ölkələr İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə çağırırlar. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, yalnız iki dövlətin birgə yaşaması Yaxın Şərqdə sülh və sabitliyi təmin edə bilər. O, Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücumunu pisləyib və qeyd edib ki, yaraqlıların hərəkətləri “Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına” səbəb ola bilməz.
Rusiya prezidenti Vladimir Putin İsrailin HƏMAS-ın misli görünməmiş vəhşi hücumuna məruz qaldığını və müdafiə hüququna malik olduğunu bəyan edib. Eyni zamanda, prezident dəfələrlə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılmasına çağırıb.
İsrail tərəfi dəfələrlə bildirib ki, Qəzza zolağındakı əməliyyatın məqsədi Fələstinin HƏMAS qruplaşmasını məhv etməkdir. Dekabrın 2-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, HƏMAS-ı məhv etmək üçün 10 il hərbi əməliyyat aparılacaq və İsrail öz hərəkətləri üçün daha dəqiq məqsəd formalaşdırmalıdır. Fransa lideri əlavə edib ki, bütöv bir ərazini məhv etmək və ya “bütün mülki potensialı” bombalamaq “terrorçu qrupun hərəkətlərinə yaxşı cavab” deyil.
Xəbər lenti
0